Yeni baş nazirin adı bəlli oldu - Qırğızıstanda

Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin yeni baş nazirinin adını açıqlayıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "RİA Novosti" agentliyi Qırğızıstanın prezident administrasiyasına istinadən yayıb.

Məlumata görə, prezidentin imzaladığı sərəncamla Temir Sarıyev baş nazir təyin edilib.

Qeyd edək ki, Temir Sarıyev bundan öncə ölkənin maliyyə naziri vəzifəsini daşıyıb.