Nepalda daha bir güclü zəlzələ baş verib. Nepalda daha bir güclü zəlzələ baş verib.

Nepalda daha bir güclü zəlzələ

Nepalda daha bir güclü zəlzələ baş verib.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "lifenews" telekanalı ABŞ-ın Geoloji Xidmətinə istinadən yayıb.

Bu gün Bakı vaxtı ilə səhər saat 9.35-də qeydə alınan 5 ballıq zəlzələnin episentri Katmandu şəhərindən 93 km şimal-qərbdə yerin 10 metr dərinliyində olub.

Ölən və yaralanan haqda bilgi verilmir.

Aprel ayının 25-də baş verən 7.9 ballıq ilk zəlzələ də Katmandu şəhərinin yaxınlığında olub.