Suriyanın “Zaman al Vasl” xəbər portalı Türkiyədə ajiotaj yaradan sənəd yayıb. Suriyanın “Zaman al Vasl” xəbər portalı Türkiyədə ajiotaj yaradan sənəd yayıb.

Türkiyənin ən qanlı terrorunu Bəşər Əsəd törədib – Şok sənəd

Suriyanın “Zaman al Vasl” xəbər portalı Türkiyədə ajiotaj yaradan sənəd yayıb.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan sənəddə Suriya prezidenti Bəşər Əsədin Türkiyənin Hatay vilayətində terror törətdiyi iddia olunur. Xəbər portalının yaydığı sənədə əsasən, sözügedən terror Suriya Təhlükəsizlik Xidməti 331 Şöbəsinə bağlı agentlər tərəfindən planlaşdırılıb.

Qeyd edək ki, 2013-cü ilin may ayında Türkiyənin Hatay vilayətinin Reyhanlı bölgəsində törədilən terror hadisəsində 56 nəfər ölmüşdü. Bu hadisə Türkiyə tarixinə "ən qanlı terror hadisəsi" kimi düşmüşdü.

Suriyanın İnformasiya naziri Umran el Zubi açıqlama verərək, həmin hadisələrlə heç bir bağlılıqlarının olmadığını demişdi.

Suriya Xəbər portalının yaydığı sənədin surətini təqdim edirik: