“Bakı-2015” ilk Avropa Oyunlarında İspaniyanı təmsil edəcək samboçular müəyyənləşib. “Bakı-2015” ilk Avropa Oyunlarında İspaniyanı təmsil edəcək samboçular müəyyənləşib.

“Bakı-2015”də İspaniyanı təmsil edəcək samboçular müəyyənləşdi

“Bakı-2015” ilk Avropa Oyunlarında İspaniyanı təmsil edəcək samboçular müəyyənləşib.


AZƏRTAC İspaniya Sambo Federasiyasının saytına istinadla xəbər verir ki, "Bakı-2015"də bu ölkəni qadınların yarışında Yuza Ximenes (60 kq), kişilərin mübarizəsində isə Luis Menendes (74 kq) təmsil edəcəklər. Samboçular baş məşqçi Manuel Ximenesin rəhbərliyi altında mübarizə aparacaqlar.

İspaniyanın Bakıya güclü heyətlə gələcəyini bildirən baş məşqçi komandasının yarışda əzmkarlıq nümayiş etdirib mükafatçılar sırasında yer alacağına əminliyini ifadə edib.