Misirin sabiq prezidenti Hüsni Mübarək və iki oğlu korrupsiya işi üzrə üç il həbs cəzasına məhkum edilib. Misirin sabiq prezidenti Hüsni Mübarək və iki oğlu korrupsiya işi üzrə üç il həbs cəzasına məhkum edilib.

Hüsni Mübarək və iki oğlu azadlıqdan məhrum edildi

Misirin sabiq prezidenti Hüsni Mübarək və iki oğlu korrupsiya işi üzrə üç il həbs cəzasına məhkum edilib.


APA-nın verdiyi xəbərə görə, məhkəmə həmçinin Mübarəki 21 mln Misir funtu (3 mln dollar) məbləğində cərimələyib.

Məlumata görə, Hüsni Mübarək Qahirə yaxınlığındakı "Tora" həbsxanasına köçürülüb.

Yerli mətbuatın xəbərinə görə, Hüsni Mübarəkin 2011-ci ildə həbs olunduğunu nəzərə alaraq həbs müddəti azaldıla bilər, lakin bununla bağlı hələlik heç bir məlumat verilmir.