- Köhnə - Dünya
- 13 May 2015 09:55
- 2 227
Odessada dəmir yolunda partlayış baş verdi
Ukraynanın Odessa şəhərində dəmir yolunda partlayış olub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "timer-odessa.net" saytı yayıb.
Məlumata görə, Malovski küçəsinin yaxınlığında qeydə alınan hadisə zamanı ölən və yaralanan haqda bilgi verilmir.
Hazırda ərazidə milis əməkdaşları çalışaraq insidentin hansı səbəbdən baş verdiyini araşdırır.
Hadisədən sonra dəmir yolunda hərəkət dayandırılıb.
Qeyd edək ki, son vaxtlar Odessada bir-birinin ardınca terakt törədilir. Onun təşkilatçılarının kimliyi hüquq-mühafizə orqanları tərəfindən hələ müəyyən edilməyib.