Portuqaliya Avropa Oyunlarında 100 idmançı ilə təmsil olunacaq

Portuqaliya Olimpiya Komitəsi Bakı-2015 ilk Avropa Oyunlarında ölkəni 100 idmançının təmsil edəcəyini açıqlayıb.



AzNews.az Bakı-2015-ə istinadən xəbər verir ki, Portuqaliya millisinin heyətində yer alan idmançılardan 15-si olimpiada iştirakçısıdır ki, onlardan da ikisi – Silva və Pimenta London-2012-nin kanoe sprinti yarışlarında gümüş medal qazanıb.

Portuqaliyalı idmançılar Bakı-2015-də kamandan oxatma, badminton, çimərlik futbolu, kanoe, velosiped idmanı, gimnastika, cüdo, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, suya tullanma, triatlon və güləş yarışlarında mükafatlar uğrunda yarışacaqlar.