Blüz ustası BB King vəfat etdi

Əfsanəvi blüz gitaraçısı və vokalist BB King 89 yaşında vəfat edib. Müsiqiçi öz evində ölüb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı sənətçinin mətbuat katibinə istinadən yayıb.

Məlumata görə, müsiqiçi diabetlə bağlı xəstəliyə görə xəstəxanada müalicə olunurdu.
1957-ci ildə BB King ilk "Singin The Blues" albomunu buraxıb.

Bundan sonra onun uğurlu yaradıcılığı öz əksini 40-dək albomda tapıb.


Ancaq son illər BB King böyük konsertlərlə çıxış etməyib. Onun sonuncu turu 2006-cı ildə baş tutub.

2011-ci ildə "Rolling Stone" jurnalının reytinqində BB King tarixdə ən yaxşı gitaraçılar arasında 6-cı yeri tutub.