ABŞ vitse prezidentinin evinin yanında dəhşətli qətl – 4 ölü (VİDEO)

ABŞ-ın vitse prezidenti Jozef Baydenin evinin yaxınlığında ailə faciəsi yaşanıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı CBS telekanalı yayıb.

Məlumata görə, bir ailənin 4 üzvü öz evlərində qətlə yetirilib.

Vaşinqtonun elit rayonlarının birində öz evində "American Iron Works" tikinti şirkətinin sahibi 46 yaşlı Savvas Savopolus, onun 47 yaşlı həyat yoldaşı Emi Savopolus, onların 10 yaşlı oğulları Filipp və 57 yaşlı xadimə Veralisiya Fiqeroa amansızcasına öldürülüb.

Ailənin iki qızı isə sağ qalmağı bacarıb. Həmin vaxt onlar sadəcə evdə olmayıblar.

Qatillər ailə üzvlərini öldürdükdən sonra evi yandırıblar. Polislərin sözlərinə görə, cinayət bıçaqla həyata keçirilib.