Bakıda keçiriləcək ilk Avropa Oyunlarının nəinki Azərbaycan, bütün region üçün böyük əhəmiyyəti var. Bakıda keçiriləcək ilk Avropa Oyunlarının nəinki Azərbaycan, bütün region üçün böyük əhəmiyyəti var.

“Azərbaycanın ilk Avropa Oyunlarını keçirməyə tam haqqı var“

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının nəinki Azərbaycan, bütün region üçün böyük əhəmiyyəti var.



Bu barədə Trend-ə Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, Bakı-2015 Avropa Oyunlarında Gürcüstan missiyasının rəhbəri Elquca Berişvilli deyib.

E.Berişvilli bildirib ki, Azərbaycanın ilk, tarixi Avropa Oyunlarını keçirməyə tam haqqı var: "Ölkə idman sahəsinə böyük diqqət göstərir, burada yaxşı inkişaf etmiş idman infrastrukturu var, azərbaycanlı idmançılar bütün yarışlarda, o cümlədən ən vacib - Olimpiya Oyunlarında uğurla çıxış edir".

Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə hazırdır: "Ümid edirik ki, bizə qonşu və dost olan Azərbaycanın təşkil edəcəyi Oyunlar yüksək qiymət alacaq. Bakıdakı Oyunlardan sonra Tbilisidə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı keçiriləcək. Bu tədbir Bakıdakı tədbir səviyyəsində deyil, ancaq festivalda iştirak etmək üçün 50 Avropa ölkəsindən Gürcüstana təşrif buyuracaqlar. Beləliklə, regionumuz Avropa idman mərkəzinə çeviriləcək".

E.Berişvilli, həmçinin Gürcüstanın yaxşı nəticələr göstərəcəyinə ümid etdiyini bildirib: "Avropa Oyunlarında 105 gürcü idmançı iştirak edəcək. Onların arasında bizim ən güclü cüdoçu və güləşçilərimiz də olacaq".