Gürcüstan baş naziri İrakli Qaribaşvili I Avropa Oyunlarının açılışında iştirak edəcək. Gürcüstan baş naziri İrakli Qaribaşvili I Avropa Oyunlarının açılışında iştirak edəcək.

İrakli Qaribaşvili Bakıya səfər edəcək

Gürcüstan baş naziri İrakli Qaribaşvili I Avropa Oyunlarının açılışında iştirak edəcək.



APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün Batumidə SOCAR nümayəndəliyinin açılışı zamanı İ. Qaribaşvilinin özü deyib.

O bu məqsədlə iyunun 12-də Bakıya səfər edəcəyini bildirib.

Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Elquca Berişvili APA-ya açıqlamasında bildirib ki, I Avropa Oyunlarına Gürcüstan prezidenti Georgi Marqvelaşvili də dəvət edilib.

Qeyd edək ki, I Avropa Oyunlarında Gürcüstanı 110-dək idmançı təmsil edəcək.