"İlk Avropa Oyunları üçün Azərbaycana gələcək qonaqlar tolerant ölkə ilə qarşılaşacaqlar və Azərbaycan üçün idman tədbirinin əhəmiyyəti də məhz budur". "İlk Avropa Oyunları üçün Azərbaycana gələcək qonaqlar tolerant ölkə ilə qarşılaşacaqlar və Azərbaycan üçün idman tədbirinin əhəmiyyəti də məhz budur".

“Avropa Oyunlarına gələnlər tolerant ölkə ilə qarşılaşacaqlar“

"İlk Avropa Oyunları üçün Azərbaycana gələcək qonaqlar tolerant ölkə ilə qarşılaşacaqlar və Azərbaycan üçün idman tədbirinin əhəmiyyəti də məhz budur".


Bu barədə Trend-ə fransız senator Natali Qule bildirib.

Onun sözlərinə görə, şübhəsiz ki, Bakı Avropa Oyunlarına hazırdır, lakin əsas olan Oyunların arxasında dayanan məqsəd və onun niyə Azərbaycan üçün əhəmiyyətli olmasıdır: "Məqsəd multikultural ölkə nümayiş etdirməkdir".

Senator həmçinin deyib ki, Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq, digər dinlərin nümayəndələri də burada sülh şəraitində yaşayırlar: "Bura sanki tolerantlıq adasıdır".

Xanım N.Qulenin də vurğuladığı kimi, idmana radikalizmə qarşı mübarizə vasitəsi kimi baxılır: "İdman sahəsində insanların ümumi dəyərləri var. Əhəmiyyətli olan idmanın insanları birləşdirməsidir ki, Avropa Oyunlarında da məhz bu baş verəcək".