Atəş nəticəsində qərargahın pəncərəsi sınıb Atəş nəticəsində qərargahın pəncərəsi sınıb

Obamanın seçki qərargahı atəşə tutuldu

Atəş nəticəsində qərargahın pəncərəsi sınıb



ABŞ prezidenti Barak Obamanın Denverdəki seçki qərargahına silahlı hücum olub.
AzNews.az-ın röyters agentliyinə istinadən verdiyi xəbərə görə, atəş nəticəsində qərargahın pəncərəsi sınıb.

Verilən məlumata görə, atəş açılan vaxt prezident Obama da qərargahda olub. Xəsarət alanların olmadığı deyilir. Yerli polisin bildirdiyinə görə, atəş bir dəfə açılıb. Hazırda polis atəş açanın şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədbirlər görür.

Sadiq Musa
AzNews.az