İŞİD terror təşkilatı Türkiyədən gətirilən ətləri "haram” elan edib. İŞİD terror təşkilatı Türkiyədən gətirilən ətləri "haram” elan edib.

İŞİD: “Tükiyədən gələn ətlər haramdır” – FOTO

İŞİD terror təşkilatı Türkiyədən gətirilən ətləri "haram” elan edib.


AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə təşkilatın internetdə türk dilində çıxan jurnalında məlumat yayımlanıb.

"Türkiyədən gələn ətlərin hökmü" başlıqlı yazı İŞİD-in tərkibindəki "araşdırma və fətva" qrupu tərəfindən yazılıb və yazıya belə aydınlıq gətirilib:

"Türkiyədən gətirilən ətlərin kəsimində şübhələr var. İlk şübhə əti kəsənin müsəlman olub-olmamasıdır. İkinci məsələ isə, bu işlə məşğul olanların çoxunun mürtət olmasıdır".

Qeyd edək ki, İŞİD sözügedən jurnalın ikinci sayını yayımlayır.