Daha bir nazir istefa verdi

Yaponiyanın Ədliyyə naziri Keysyu Tanaka istefa verib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, istefaya səbəb yakudza ilə əlaqəsinin olması ilə bağlı məlumatların mətbuata çıxması olub. Nazir özü də faktı təkzib etmək istəməyib və istefa verib.

Qeyd edək ki, Yaponiyada analoji hallar mütəmadi olaraq yaşanır.

Sadiq Musa
AzNews.az