- Köhnə - Dünya
- 12 Oktyabr 2015 21:45
- 3 323
NATO helikopteri qəzaya uğradı - 5 ölü, 5 yaralı
Əfqanıstanın paytaxtı Kabildəki NATO bazasında helikopter qəzası baş verib.
AzNews.az-ın Qafqazinfo-ya istinadən xəbər verir ki,hərbi helikopter eniş zamanı yerə çırpılıb.
"Puma MK 2" tipli təyyarənin düşməsi nəticəsində 5 NATO əsgəri ölüb, 5-i isə yaralanıb.
İngiltərə Müdafiə Nazirliyi açıqlamasında ölən iki əsgərin ingilis olduğunu bildirib.
Qəzaya səbəb helikopterin eniş əsnasında üstdə olan təhlükəsizlik balonlarının tellərə ilişməsi göstərilir.