Rusiya Müdafiə Nazirliyi və Suriya müxalifətinin rəhbərləri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı birgə əməkdaşlıq üçün əlaqələndirmə qrupları yaradıblar. Rusiya Müdafiə Nazirliyi və Suriya müxalifətinin rəhbərləri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı birgə əməkdaşlıq üçün əlaqələndirmə qrupları yaradıblar.

Suriya müxalifəti Rusiya ilə əməkdaşlığa başladı

Rusiya Müdafiə Nazirliyi və Suriya müxalifətinin rəhbərləri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı birgə əməkdaşlıq üçün əlaqələndirmə qrupları yaradıblar.


AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Andrey Kartapolov məlumat verib.

"Biz əlaqələndirmə üzrə işçi qrupları yaratmışıq. Onların tərkibi və vəziyyəti hazırda məlum səbəblərdən açıqlana bilməz. Qrupların İŞİD-lə mübarizə üzrə vəzifələrin həlli istiqamətində səylərinin razılaşdırılması üzrə birgə fəaliyyəti təşkil edilib", – deyə Kartapolov bildirib.