Fransada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Fransada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Fransada qatar qəzasında ölənlərin sayı 10-a çatıb - Foto, Video (Yeniləndi)

Fransada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə "France Bleu Alsace" radiostansiyası öz "Twitter" mikrobloqunda yazıb.

Yüksəksürətli TGV qatarı sınaq reysi həyata keçirib. O, Strasburq yaxınlığında yerləşən Ekveşem şəhərində aşaraq çaya düşüb.

Qəza yerində xilasedicilər işləyir. Zərərçəkənlər və ölənlərin cəsədləri vertolyotlar vasitəsilə təxliyə edilir.

***
20:11

Fransada daha faciə meydana gəlib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin şərqində, Strasburq şəhəri yaxınlığında hərəkətdə olan sürət qatarı relsdən çıxıb.

Hadisə zamanı 5 nəfər ölüb, 60 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Parisin 7 rayonunda partlayış baş verib, 150 nəfər dünyasını dəyişib.

Bu Fransa tarixində baş verən ən irimiqyaslı terror aktı hesab olunur. Ölkə ərazisində 3 günlük matəm elan olunub.