Özbəkistanın müxtəlif regionlarında terorçu dini qruplaşmalarda iştirakda şübhəli bilinən şəxslərin kütləvi həbsinə başlanılıb. Özbəkistanın müxtəlif regionlarında terorçu dini qruplaşmalarda iştirakda şübhəli bilinən şəxslərin kütləvi həbsinə başlanılıb.

Bu ölkədə yüzlərlə islamçı tutuldu

Özbəkistanın müxtəlif regionlarında terorçu dini qruplaşmalarda iştirakda şübhəli bilinən şəxslərin kütləvi həbsinə başlanılıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Özbəkistanın Müstəqil Hüquq Müdafiəçiləri Təşəbbüs Qrupunun rəhbəri Surat İkramov məlumat yayıb.

Hüquq müdafiəçisi bildirib ki, Daşkənddə, həmçinin Fərqanə, Varəzm və Qaşqadərya vilayətlərində 200-dən çox İŞİD-lə əlaqədə şübhəli bilinən islamçı tutulub. Yerli mətbuatın məlumatına görə, bir vaxtlar Özbəkistanı tərk edərək Suriya, İraq və Əfqanıstanda döyüşən şəxslər hazırda ölkəyə qayıtmağa çalışırlar.

Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Əbdüləziz Mənsur Daşkənddə radikal əhval-ruhiyyəli islamçıların çox olduğunu etiraf edib. Bununla əlaqədar Özbəkistan polisi ölkə əhalisi arasında təbliğat işləri aparır.

Noyabrın 13-də Daşkənddə 150-dən çox insan İŞİD terror qruplaşmasında iştirakda şübhəli bilinən şəxsin saxlanması barədə xəbər yayılıb. Noyabrın 5-də Özbəkistan Milli Qvardiyasının Daşkənd qarnizonunun hərbi qulluqçuları Fərqanə vadisində radikal dini axınların aktivləşməsiylə əlaqədar birinci döyüş hazırlığı vəziyyətinə gətirilib.

Noyabrın 3-dən ölkə paytaxtında milisin şəxsi heyəti, milli təhlükəsizlik və qarnizon xidmətləri kazarma vəziyyətinə keçirilib. Sentyabr ayında ölkənin bəzi şəhərlərində ekstremist qruplaşmanın təbliği ilə bağlı vərəqələr yayılıb. Ekspertlərin məlumatına görə, İŞİD terror qruplaşması tərəfində Yaxın Şərqdə müharibədə Orta Asiyadan gəlmələr arasından 500 özbək, 360 türkmən, 100 qırğız və 190 tacik vuruşur.