Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra ölən Rusiya pilotu Oleq Peşkovun cəsədi öz ölkəsinə təhvil verilib. Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra ölən Rusiya pilotu Oleq Peşkovun cəsədi öz ölkəsinə təhvil verilib.

Rusiyalı pilotun cəsədi ölkəsinə verildi

Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra ölən Rusiya pilotu Oleq Peşkovun cəsədi öz ölkəsinə təhvil verilib.


AzNews.az "Hurriyetdailynews"a istinadən xəbər verir ki, cəsəd noyabrın 29-da pravoslav kahinlər tərəfindən dini mərasim keçirildikdən sonra Hataydan Ankaraya aparılıb. 1 gecə burada gözlədildikdən sonra ölkəsinə təhvil verilib.

Xatırladaq ki, noyabrın 24-də Rusiyanın Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini keçdiyi üçün vurulub. Pilotlardan biri Oleq Peşkov türkmənlərin yaşadığı əraziyə düşərək ölüb, digər pilot Konstantin Muraxtin isə sağ qalıb. O, Suriya xüsusi qüvvələri tərəfindən Rusiyanın Suriyadakı bazasına aparılıb.

Aydan AXUNDOVA
AzNews.az