Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilib. Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilib.

Putinlə Obama görüşdü - Parisdə

Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Putin-Obama görüşü yarım saatdan çox çəkib.

Qapalı keçən görüşdə Obama Bəşər Əsədin Suriyada siyasi nizamlanma çərçivəsində hakimiyyətdən getməli olduğunu söyləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, ölkə başçılarının görüşündə Suriya böhranının siyasi yolla nizamlanması müzakirə olunub. Peskov qeyd edib ki, ABŞ prezidenti ilə görüş bu gün səhər razılaşdırılıb. Kremlin mətbuat katibi onu da əlavə edib ki, Obama Putinə təyyarə insidenti ilə əlaqədar başsağlığı verib.