Yeni nəsil Kalaşnikov avtomatları gəlir

Gələn həftə AK-12 beşinci nəsil avtomatların sınagına başlanacaq. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dünən AK-12-nin (Kalaşmikov) ilk nümunəsi ugurla təqdim edilib. Hazırda silahın sınaq metodikasının razılaşdırılması mərhələsidir. Sınaqlara gələn həftə start veriləcək.
Avtomat nümunələri "Dəqiq maşınqayırma" Elmi-Tədqiqat Mərkəzinə göndərilib. Müəssisənin rəhbərliyi bildirib ki, ilkin sınaq mərhələsi bir ayadək vaxt aparacaq.
Qeyd edək ki, bu silah əsasında gələcəkdə hərbi və mülki təyinatlı atıcı silah modifikasıyasının 20-dək müxtəlif növü işlənib hazırlanacaq.

AzNews.az