Qazaxıstanın cənubunda Mi-2 vertolyotu qəzaya uğrayıb. Qazaxıstanın cənubunda Mi-2 vertolyotu qəzaya uğrayıb.

Qazaxıstanda vertolyot qəzası - Pilot yandı

Qazaxıstanın cənubunda Mi-2 vertolyotu qəzaya uğrayıb.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 23-ü axşam saatlarında Cambul vilayətində baş verib. Vertolyot qəza nəticəsində alışıb.

"Jana alem" şirkətinə məxsus vertolyotun düşdüyü əraziyə xilasedicilər və həkim briqadası göndərilib. Vertolyotun göyərtəsində bir neçə nəfərin olduğu barədə məlumat daxil olsa da, xilasedicilər hadisə yerində heç kimi tapmayıblar.

Sonradan məlum olub ki, vertolyotda yalnız pilot olub. Onu isə hadisə şahidləri xəstəxanaya çatdırıblar. Pilotun bədəninin yarısının yandığı bildirilir.

Qəzanın səbəbləri araşdırılır.