- Redaktor masası
- 21 May 2020 15:00
- 10 451
Aslan İsmayılov: "Mənim liderim Cəmil Həsənlidir" - VİDEO
Allahverdinin daha bir yalanı ifşa olundu
AzNews.az saytının Baş redaktoru Taleh Şahsuvarlı Aslan İsmayılovun daha bir yalanını ifşa edib. Baş redaktor bununla bağlı Facebook sosial şəbəkəsindəki profilində status paylaşıb. Statusu olduğu kimi təqdim edirik:
“Əziz dostlar, çoxsaylı dostların "eləsinə baş qoşmağa dəyməz" məzmununda olan təkidli xahişlərini nəzərə alaraq xeyli vaxtdır ki, "Aslan İsmayılov" kod adlı Allahverdi barədə danışmamağa, yazmamağa çalışıram. Ancaq nəfəsinin belə yalanın müşayiəti ilə gedib-gəldiyinə əmin olduğum "Yamülki" -Allahverdinin 2013-cü ildəki prezident seçkiləri kampaniyası zamanı söylədiyi bu ağ yalan, nə gizlədim, məni belə öz həyasızlığının miqyası ilə heyrətə saldı.
Məsələ burasındadır ki, Allahverdi rəsmi sənədlərə əsasən, 2009-cu ilin sonlarında AMEA-da dissertasiya müdafiə edib və 2010-cu ilin mayında köhnə təbirlə desək, "namizədlik dərəcəsi", yəni "fəlsəfə doktoru" diplomu alıb. O, bu diplomun surətini 2010-cu ilin mayında öz səhifəsində də paylaşıb. Fotosunu şərh bölümündə təqdim edəcəm.
Ancaq budur, Allahverdi 2013-cü ildə "MƏNİM LİDERİM" dediyi Cəmil Həsənlinin prezident İlham Əliyevi əvəzləməsi üçün mitinqdə əsib-coşur və deyir: "Mən nə namizədəm, nə də elmlər doktoru"!
Əlbəttə, kimlərsə düşünə bilər ki, Allahverdi dissertasiyasını özü yazmadığından namizədlik dərəcəsini unudub. Amma ən azı müdafiəyə ki gedib?!. Deməli, məsələ onda deyil. Məsələ ondadır ki, Allahverdi mikrofon görən təki yalan üyütməyə başlayır, məzlum cildinə girir, "yazıq vətənpərvər" rolunu oynamağa başlayır. Mən psixiatr olmadığımdan onun bu vərdişinin səbəblərini izah edə bilməyəcəm, üzrlü sayın. Ancaq bildiyim qədər, əsrimizin Yamülkisinin cəmi iki dəfə geniş publika qarşısında çıxış etmək imkanl olub. İkincisi budur.
Birinci dəfə isə 1993-cü ilin avqustunda Milli Məclisdə çıxış edib, "8 il Rostovda məhkəmə orqanlarında çalışmışam" deyə xalqın ən ağır günlərində özünü təcrübəli göstərmək, vəzifədə qalmaq və ya vəzifəsini artırmaq üçün Ulu Öndər Heydər Əliyevə, parlamentə, xalqa YALAN məlumat verib. İşin içindən xəbərsiz olanlar üçün deyim ki, Allahverdi Kubanda ali məktəbi 1983-cü ildə bitirib, 1989-cu ilin aprelində isə Azərbaycan SSR prokurorluğunda rəsmi əmrlə işə başlayıb. 1983-89 illər arasındakı zaman isə 8 il etmir!!!
P.S: 1995-ci ildən bəri jurnalistikadayam, Allahverdidən başqa Cəmil Həsənliyə "MƏNİM LİDERİM" deyən adam görməmişəm.”
AzNews.az
Videoya aşağıdakı link vasitəsilə baxa bilərsiniz:
https://www.facebook.com/taleh.shahsuvarli/videos/3117811991615296/