Erməni diaspor fəalını ifşa etdiyi üçün baş redaktorun həbsi tələb olunur! - AZƏRBAYCANDA ŞOK OLAY

Taleh Şahsuvarlı:"Aslan İsmayılovun bu iddia ərizəsi Azərbaycan dövlətini, dövlət təşkilatını, xalqı, siyasi hakimiyyəti və məhkəmələri heçə saymaqdır"!

"Aslan İsmayılov" kod adlı Allahverdi AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlını erməni diaspor nümayəndəsini ifşa etdiyi üçün həbs etdirmək istəyir. Bu barədə baş redaktor öz Facebook səhifəsində yazıb. Statusu təqdim edirik:

"Mənim xahişimlə dünən vəkil dostlarımız dəqiqləşdirə biliblər ki, “Aslan İsmayılov” kod adlı Allahverdi həqiqətən də həbs olunmağım tələbi ilə Binəqədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında iddia ərizəsi təqdim edib və məhkəmənin iclası 16 iyun 2020-ci ildə saat 14-45-ə təyin edilib. Hakim Vüqar Məmmədov olacaq. Bu barədə heç bir bildiriş almasam da, prosesdə mütləq iştirak edəcəm. Allahverdinin necə ifşa olunacağını görmək istəyənlər varsa, məhkəməyə qatıla bilər, ancaq heç kimin ictimai dəstəyinə ehtiyacım yoxdur. Əvvəla, haqlı olduğuma əminəm. İkincisi isə, həbsdə yatmağa, hətta ölməyə də hazıram, ancaq Allahverdi kimilərinin qarşısından əsla və əsla geri çəkilmərəm. Bu, millət və dövlət məsələsidir.

Vəkil dostlarımız onu da dəqiqləşdirə biliblər ki, Allahverdinin ərizəsinin predmeti 17 sentyabr 2019-cu ildə baş redaktoru olduğum AzNews.az saytında yayımlanmış "Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR” adlı araşdırma yazısıdır. (Link şərh bölümündə) Bu araşdırmanı şəxsən mən aparmışam və yazmışam, AÇIQ- hər kəsin linklərə daxil olub öz gözləri ilə oxuya biləcəyi mənbələrdə aşkarladığım faktları Azərbaycanın hüquq-mühafizə orqanlarına da əvvəlcə KİV vasitəsi ilə müraciət edərək, sonra isə poçtla rəsmi qaydada göndərmişəm. Bu yazıdan “Aslan İsmayılov” kod adlı Allahverdinin dərhal məlumatı olub, bu barədə öz müsahibələrində danışıb və ortaya qoyulan faktları heç cür təkzib edə bilməyib, üstəlik, yəqin ki, müvafiq qurumlarda izahat da verib. Belədə sual yaranır: nədən məhkəməyə müraciət etmək Allahverdinin ağlına 10 aydan sonra gəlib? Bu sualın iki cavabı var:

1) Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov (yeri gəlmişkən, həmin məqalənin hazırlanmasından Əli Həsənovun öncədən heç bir məlumatı olmayıb) vəzifəsindən azad edilib deyə Allahverdi düşünür ki, ölkə jurnalistikasının milli imzaları siyasi himayədən məhrum qalıblar, o, bu “boşluq”dan faydalanaraq öz qisasını bizlərdən ala bilər. Onun son zamanlar bir çox həmkarımıza qarşı “hücum”larının arxasında da elə bu məqam dayanır. Bəli, onun iddia ərizəsinin hüquqa, fakta, ədalətə heç bir dəxli yoxdur, siyasi konyukturadır, mənim jurnalist kimi peşə fəaliyyətimə mane olmağı hədəfləyən qərəz yığınıdır. Ancaq onun özündə “qisas əməliyyat”ına başlamaq “cəsarəti tapması” ilk növbədə cənab Əli Həsənovdan sonra dövlətin ictimai-siyasi məsələlərlə bağlı siyasətinin icrasına məsul olan məmurlara açıq şəkildə meydan oxuması, onları sual və fakt qarşısında qoymaq cəhdi, prezidentə sədaqətlərinə və milli maraqlardan çıxış etmələrinə kölgə salmaq avantürasıdır. Bunu açıq yazmağa məcburam ona görə ki, İlham Əliyevin bir tərəfdarı olaraq Azərbaycan prezidentinin etimad göstərdiyi istənilən kadr mənim üçün doğma və əzizdir, Aslan İsmayılov kimi anti-milli ünsürlərdən onların da reputasiyasını qorumağı öz vətəndaşlıq borcum hesab edirəm. Allahverdi düşünür ki, bu addımı ilə Prezident Administrasiyasındakı yüksək ranqlı yeni isimlərlə mənim şəxsi və bir baş redaktor kimi ictimai-siyasi münasibətlərimə, qarşılıqlı hörmət və əməkdaşlıq imkanlarına xələl gətirə bilər, amma qulağının dibini görər!

2) “Aslan İsmayılov” kod adlı Allahverdinin bütün cəhdləri özü kimi anti-milli ünsür olan oğluna vəzifə almağa yönəlib, bunun üçün Azərbaycan hakimiyyətini şantaj etməyə başlayıb. Müvafiq yazıda onun Ziyəddin adlı özünəoxşamış oğlunun Kaliforniyada erməni diaspor təşkilatının fəallarından olmuş Kristina Puşau adlı bir ləçərlə əməkdaşlıq etməsi, kifayət qədər müəmmalı əlaqələrə, böyük ehtimalla Ermənistan kəşfiyyatı ilə də bağlara malik olan həmin ləçərin Gürcüstanda həyata keçirdiyi layihənin koordinatoru olması, bir sözlə, əməkdaşlıq etməsi və işbirliyi qurması FAKT kimi üzə çıxarılıb. Milli və dövlət maraqlarımızla daban-dabana zidd olan bu fakt qarşısında heç kim Aslan İsmayılovun oğluna vəzifə verməz, verilməsi üçün təşəbbüs göstərməz. Odur ki, hər kəsin açıq görə biləcəyi fotolar olmasına baxmayaraq, Allahverdi bu faktları ört-basdır etmək, suyu bulandırmaq, diqqəti yayındırmaq istəyir.

Bəli, əziz dostlar, 2-ci gün Azərbaycanda tarixi bir məhkəmə prosesi olacaq. Azərbaycanda ilk dəfə erməni diasporunun fəal nümayəndəsinin Qafqazda və o cümlədən ölkəmizdə həyata keçirmək istədiyi məkrli bir layihə ifşa olunduğu üçün, milli və dövlət təhlükəsizliyinə təhdid yaradan, desentralizasiya üzrə ixtisalaşmış bir casusun mümkün planlarına əngəl törədildiyi üçün bir jurnalistin həbsi tələb ediləcək. Görün bu anti-milli ünsür özünü nə hesab edir ki, həmin təkzibedilməz faktlar qarşısında “oğlum bilməyib, qanmayıb, başından böyük qələt edib Kristina Puşaunun layihəsinə qoşulub” demək, dövlətdən və xalqdan üzr istəmək əvəzinə, abırsızcasına, həyasızcasına, şərəfsizcəsinə hələ bir iddia da qaldırır... Bu iddia ərizəsi Azərbaycan dövlətini, Azərbaycanın dövlət təşkilatını, xalqı, siyasi hakimiyyəti və məhkəmələri heçə saymaqdır! Bir fikirləşin, nə təkzib olunmalıdır o məhkəmədə? O təkzib olunmalıdır ki, Kristina Puşau Cənubi Kaliforniya Univcersitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin lideri olmayıb? O təkzib olunmalıdır ki, Ziyəddin İsmayılov Erməni Tələbə Cəmiyyətinin sədri olmuş Kristinanın Qafqazda həyata keçirdiyi layihənin koordinatoru olmayıb? O təkzib olunmalıdır ki, erməni diaspor fəallarının, mənim qənaətimə görə, Ermənistan kəşfiyyatının bilgisi daxilində həyata keçirilən bir layihəyə azərbaycanlıların cəlb olunması milli maraqlarımıza zidd deyil? Təsəvvür edirsiniz bunlar nə deməkdir? Bunlar o deməkdir ki, Azərbaycanın dövlət təşkilatı və məhkəmə sistemi bir avantüristin əlində qalaraq erməni maraqlarının lehinə qərar çıxarır! Yox, dostlar, bu ölkə sahibsiz deyil! Nə qədər ki, bu ölkənin prezidenti İlham Əliyevdir, bu dövlətə nə xaricdən, nə daxildən bu cür şantajlar keçməyəcək"!

AzNews.az

image description image description image description