Aslan İsmayılovun oğlunun, Koçaryanın və Hüseynlinin ortaq “inqilab mələyi” - ŞOK FOTOLAR - VİDEO

Erməni diaspor nümayəndəsi Kristina Puşaunun İrəvanda çəkilmiş videosu

Qonşu Gürcüstan Respublikasının ictimai sektorunda yeni bir qalmaqal yaşanır. ABŞ vətəndaşı, Los-Anceles şəhərində yerləşən Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin liderlərindən olmuş və Tbilisiyə köçərək yaratdığı “Yeni Liderlər Təşəbbüsü” adlı QHT-nin çətiri altında fəaliyyət göstərən Kristina Puşauya qonşu ölkənin vətəndaş cəmiyyəti fəalları sərt ittihamlar irəli sürürlər.

Bu cür ictimai fəallardan biri Giorogi Tsaadzedir.

Giorgi bu günlərdə Kristina Puşaunun əleyhinə dəfələrlə status paylaşıb və öz postlarında onu “saxtakar”, “dələduz” adlandırıb. Eyni zamanda, Tsaadze Puşaunun Mixail Saakaşvilinin yanına “casus” kimi yerləşdirilməsinə də işarə vurub. Bundan savayı, ictimai fəal Kristina Puşaunun messencer yazışmalarını yayaraq onun Gürcüstanda qarışıqlıq yaratmaq istədiyini açıqlayıb. Xatırladaq ki, Gürcüstan polisi hələ mart ayının 27-də Tbilisidə qanunsuz aksiya təşkil etdiyi üçün Kristina Puşaunu və onun rəhbərlik etdiyi Yeni Liderlər Təşəbbüsü adlı QHT-ni yüksək məbləğdə cərimələmişdi.

Ümumiyyətlə, Kristina Puşau öz Facebook səhifəsindən son aylar narahat vəziyyətdə bəyanatlar verir. Son günlər əsas diqqətini Belarusa yönəldən və orada A. Lukaşenko əleyhinə keçirilən protestləri açıq şəkildə dəstəkləyən Puşau üzünü Minskə tutaraq, sözün əsl mənasında, inqilabi çağırışlar edir. Lakin bununla o, öz burnunu heç də ilk dəfə başqa bir dövlətin iç işlərinə soxmur. Puşaunun sosial şəbəkələrdəki fəaliyyətinin qısa monitorinqi onu təsdir edir ki, erməni diasporunun kaliforniyalı lideri Gürcüstanda siyasi dəngələrin formalaşmasına açıq müdaxilələr edir. Bu müdaxilələr istər gürcü iqtidarını, istərsə də müxaliflərini rahatsız edir və onlar öz iradlarını ucadan səsləndirirlər.

Nəticədə Kristina Puşau YLT adlı QHT-nin fəaliyyətini dayandırmağa məcbur olub. Bununla bağlı o bildirib ki, hazırda onun prioriteti QHT deyil, Gürcüstanda qarşıdan gələn seçkilərdir! Bu seçkilərdə o gürcü aktivistlərinin “Mişanın səslərini bölmək istiqamətində fəaliyyət göstərdiyi” və yerli siyasi partiyalardan maliyyə dəstəyi alması ittihamlarını inkar edərək Giorgi Tsaadzeni “xəstə” adlandırıb, onun özünü psixatra göstərməsini məsləhət bilib. “Yersiz gəldi, yerli qaç” deyimini haqlı çıxardan amerikalı erməni diasporu fəalı öz statuslarının birində YLT adından pul toplama kampaniyasının aparılmadığını da bəyan etməyi unutmayıb. Onun bu bəyanatı verməyə məcbur qalması onu göstərir ki, YLT komandasında qarşıdan gələn seçki kampaniyasına dəstək adı altında dələduzluqla pul toplayanlar olub. Başqa bir statusunda isə Puşau öz faliyyətini 13 avqust 2020-ci ildən dayandıran YLT-nin Saakaşvilinin istəyi ilə yarandığını vurğulayıb.

Xatırladaq ki, Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin liderlərindən olmuş Kristina Puşaunun başçılıq etdiyi QHT-nin həyata keçirdiyi layihənin azərbaycanlılar üzrə koordinatoru keçmiş vəkil Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov olub. Ötən il bu barədə AzNews.az analitik-informasiya portalında araşdırma yazısı yayımlanıb. Kristina Puşaunun ABŞ-da təhsil aldığı müddətdə CKU Erməni Tələbələr Cəmiyyətinin İdarə Heyətində təmsil olunması konkret faktlarla- linklər və şəkillərlə təsdiq olunmasına rəğmən Aslan İsmayılov sanki Puşauya vəkillik edirmiş kimi baş redaktoru xüsusi ittiham qaydasında məhkəməyə verib. Baş redaktor bu iddanı erməni diasporonun ona öz ölkəsində təzyiq göstərmək cəhdi kimi qiymətləndirib.

Maraqlı burasıdır ki, Kristina Puşaunun erməni diasporu ilə sıx əlaqəsi, sadəcə, onun tələbəlik illərini əhatə etmir. Sosial şəbəkələrə göz gəzdirdikdə məlum olur ki, Kristinanın ən yaxın oğlan dostlarından biri, bəlkə də sevgilisi Kaliforniyada erməni icmasının mətələrindən sayılan Glandelede doğulmuş və böyümüş Karen Koçaryan adlı bir həkimdir. Aşağıdakı şəkillərdən də görəcəyiniz kimi, o, Karen Koçaryanla gah Tbilisidə görüşür və bütün Gürcüstanı gəzir, gah əl-ələ tutaraq İrəvana səfər edir, gah Vyana ballarında rəqs edir, gah da Dubayın bahalı əyləncə məkanlarında və otellərində peyda olur. Bu ikilinin hətta yataq otaqlarında da şəkli var. Facebook profilindəki məlumatlara əsasən, hazırda Almaniyanın Münhen şəhərində yaşayan və BMT-nin ictimai səhiyyə proqramında çalışan Karenin dostluq siyahısında əsasən ermənilər təmsil olunur. O, elə həmin FB hesabından dəfələrlə bildirib ki, Kristina Puşau hər zaman qapılarını və qollarını onun üzünə açmış etibarlı rəfiqəsidir.

,

Çox ilgincdir ki, Karen Köçaryanın və Aslan İsmayılovun oğlu Ziyəddinin “ortaq” rəfiqəsinin başqa bir inqilabçı tanışı hazırda “Azadlıq” qəzetinin Hollandiyada məskunlaşmış keçmiş əmakdaşı Fikrət Hüseynlidir.

Əgər xatırlayırsınızsa, Fikrət Hüseynli 2017-ci ilin payızında Ukraynada saxlanılmış, bir müddət sonra Azərbaycana təhvil verilməyərək Hollandiyaya deportasiya edilmişdi. O, Hollandiyaya çatar-çatmaz əksəriyyəti xarici vətəndaş olan bir xeyli ismi öz FB statusunda etiketləyərək onlara təşəkkür etmişdi. Fikrət Hüseynlinin ilk təşəkkürü isə özunun ictimaiyyətə açıq olmayan şəbəkəsi vasitəsi ilə azərbaycanlı mühacirə dəstək verən Kristina Puşauya olmuşdu.

O da diqqətdən yayına bilməz ki, Kristina Puşaunun erməni diasporunun fəalı olması Azərbaycan cəmiyyətinə elan edildikdən sonra Fikrət Hüseynli AzNews.az portalının baş redaktoruna tez-tez şər və böhtanlar yağdırmağa başlayıb. Bu da Fikrət Hüseynlinin vasitəsi ilə Kristina Puşaunun azərbaycanlı müxalif mühacirlərə də ciddi təsir imkanları olmasını söyləməyə əsas verir.

Qeyd: 8 fevral 2014-cü ildə YEREVANda çəkilmiş bu videodakı 2 nəfərdən biri Kristina Puşau, digəri Karen Koçaryandır.

AzNews.az