Bu gün Talehin əlində qələm yoxdur, silah var! Bu gün Talehin əlində qələm yoxdur, silah var!

Aslan İsmayılovun orduya hörmətsizliyi hiddətə səbəb oldu

Bu gün Talehin əlində qələm yoxdur, silah var!

Hər şey Aslan İsmayılovun müharibədə olan, düşmənlə döyüşən bir zabitimizi məhkəməyə çağırtdırması ilə başladı…

Xəbər verdiyimiz kimi kod adı Allahverdi olan vəkil Aslan İsmayılov müharibə başlayan gündən indiyə kimi ön cəbhədə döyüşən, AzNews.az İnformasiya Portalının Baş redaktoru Taleh Şahsuvarlını məhkəməyə verib.

Bununla bağlı məlumat mətbuatda dərc olunandan sonra bir qrup jurnalist və sosial media istifadəçiləri buna səssiz qalmayaraq Aslan İsmayılovun bu hərəkətini Müzəffər Azərbaycan Ordusuna, eyni zamanda, Vətən uğrunda canından və qanından keçməyə hazır olan əsgər və zabitlərə olan hörmətsizlik kimi dəyərləndiriblər.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı jurnalistlərə müraciət edərək, bu hadisənin üzərindən səssiz keçməyin düzgün olmadığını bildirib:

“Dəyərli jurnalistlərə müraciət edirəm: 27 sentyabrdan bu günə kimi həmkarınız, zabit Taleh Şahsuvarov vətən müharibəsindədir. Ön cəbhədə savaşdadır. Bu gün onu Aslan İsmayılov yenə məhkəməyə verib. Səbəb də amerikada yaşayan erməni diasporasına rəhbərlik edən Kristina Paşuanın olmasıdır. Bu qadın Cənubi Koliforniya Unversitetindəki Erməni Tələbə Assossiyasına rəhbərlik edib. Bir müddət sonra Gürcüstanda "Yeni Liderlər Təşəbbüsü" adlı layihə həyata keçirdib. Layihə zamanı Aslanın da oğlu onunla birgə olub. Taleh bir sayt redaktoru kimi həmin faktı saytında yayıb. Baş vermiş bu biabırcılığın üzərindən keçmək olmaz. Niyə etiraz etmirsiniz, niyə susursunuz?! Axı Taleh 25 ildir mətbuatımızın ən parlaq nümayəndələrindən biridir və hər zaman öz qələmi ilə Ali Baş Komandan İlham Əliyevə dəstəyini nümayiş etdirib! Bu gün Talehin əlində qələm yoxdur, silah var! Və yenə də Ali Baş Komandanı əlisilahlı zabit kimi müdafiə edir! Bu gün Taleh Azərbaycan mətbuatında olan çox az saylı Qarabağ QAZİlərimizdən biridir! Bu haqsılığa sumaq olarmı?!

Qeyd edək ki, Niyaməddin Orduxanlının bu müraciətinə sosial şəbəkə istifadəçiləri biganə qalmayıb və Aslan İsmayılovun bu hərəkəti qınanılıb.

Xatırladaq ki, BAXCP sədrinin müavini sözü gedən statusunun şərh bölməsində Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova da müraciət ünvanlayıb: "Çox hörmətli Əflatun Amaşov, bu gün Vətən Müharibəsində olan yeganə Baş redaktor Taleh Şahsuvarlı ilə bağlı baş verən bu hadisəyə Mətbuat Şurası öz münasibətini bildirməlidir!"

Hörmətli oxucular, indi isə Niyaməddin Orduxanlının statusuna yazılan şərhləri olduğu kimi təqdim edirik:

AzNews.az