Sələmçi məhkəmə sədri ilə Aslan İsmayılov qazi jurnalistə tələ qurub- İşin içində erməni diasporu da var

Taleh Şahsuvarlı: "Biz ön cəbhədə erməniyə qarşı döyüşürdük, Aslan İsmayılovun fərari oğlu isə erməni diaspor fəalının tumanın altında"

“Mən 28 sentyabr-28 dekabr 2020-ci il tarixlərində hərbi qulluqçu statusu daşımışam. Ehtiyyatda olan zabit kimi səfərbərliyə cəlb olunmuşam, Vətən müharibəsində iştirak etmişəm. Mən işğalçı erməni ordusunun torpaqlarımızdan qovulması üçün Ali Baş Komandan tərəfindən gerçəkləşdirilən “Dəmir yumruq” əməliyyatında bir zabit kimi iştirak edəndə, iki oğlunu səfərbərlikdən yayındırmış, müharibə gedə-gedə birinə vəzifə almış, o birini də erməni diaspor fəalı Kristina Puşuanın tumanın altında gizlətmiş Aslan “İsmayılov” kod adlı Allahverdi fürsəti fövtə verməyib məhkəmələrdə mənə qarşı “döyüşüb”. O, erməni diasporunun təlimatı ilə açdığı mənim jurnalist fəaliyyətimə, vətən müharibəsində iştirakçılığıma, prezident İlham Əliyevə sədaqətimə, Azərbaycanın milli maraqlarını qorumaq üçün sərgilədiyim prinsipial mövqeyə qarşı bu savaşda Gəncə Apellyasiya məhkəməsinin hakimi və sədri olan, ölkənin hüquq-mühafizə sistemində “Sələmçi” ləqəbi ilə tanınan Tapdıq Mahmudovu özünə müttəfiq seçib. “Sələımçi” ilə “Şantajçı” birləşib noyabrın 2-də Vətən savaşında iştirak etdiyim günlərdə tərəf olduğum bir absurd, qondarma şikayət ərizəsinin məhkəmə üzrə aidiyyətini müəyyən ediblər”- bu barədə AzNews.az analitik-informasiya portalının baş redakoru Taleh Şahsuvarlı məlumat verib.

Vətən müharibəsində iştirak edən yeganə baş redaktor olmuş Taleh Şahsuvarlı əlavə edib ki, o, hərbi qulluqçu statusu daşıdığından və ön cəbhədə olduğundan Aslan İsmayılov tərəfindən daha öncə Binəqədi məhkəməsinə xüsusi ittiham qaydasında verilmiş iddia ərizəsi ilə bağlı məhkəmə icraatı dayandırılmalı idi: “Bu, həm qanunun, həm əxlaqın tələbidir. Aslan İsmayılovdan əxlaqi addımlar gözləmək olmaz, mənim ön cəbhədə olduğumu, məhkəmədə özümü müdafiə imkanımın olmayacağını bildiyindən dərəni xəlvət görüb, özünü “bəy” sanıb. Birinci Qarabağ savaşında arxadan vurulan oğullarımız, onları arxadan vuran şərəfsizlər vardı. İkinci Qarabağ savaşında məni arxadan güllə ilə vura bilməyənlər Tapdıq kimilərinin əli ilə, məhkəmə qərarları ilə vurmaq istəyir. Tapdıq Mahmudovun arvadı Natəvan Mahmudova bir neçə il öncə sələmçilik fəaliyyəti ilə məşğul olduğu üçün boğularaq qətlə yetirilib. İndi bu iki haram şəxs əlbir olub tərəf olduğum məhkəmə işinin aidiyyəti üzrə qərar çıxarıblar. İkisinin də, üstəlik bu məhkəmə işinin sifarişçisi, erməni diaspor fəalı Kristina Puşaunun və müharibə dövründə həmin Puşaunun tumanın altında gizlənmiş Allahverdinin qorxaq, fərari oğlu Ziyəddinin başına dəysin o qərar. Hüquq adına ləkə olan bu qərarda göstərilir ki, guya AzNews.az saytının təsisçisi hansısa hüquqi şəxs, MMC-dir. Mən bilmirəm ki, baş redaktoru olduğum saytın təsisçisi də özüməm? Bütün Azərbaycan bilir ki, həmin domen mənim adımadır, mənim daimi yaşayış qeydiyyatında olduğum ünvan da saytın hüquqi ünvanıdır. Bu barədə Binəqədi məhkəməsinə domen qeydiyyat sistemindən möhürlü arayış da alıb təqdim etmişdim. Belə başa düşürəm ki, Sumqayıt hadisələrində soydaşlarımıza ölüm hökmü də daxil olmaqla ən ağır cəzalar tələb etdiyi ittihamnaməni sənədlərin arasından yoxa çıxartdığı kimi, həmin arayışı da “Aslan İsmayılov” kod adlı Allahverdi hakim üçün “gözəgörünməz” edib.

Qazi baş redaktor daha sonra deyib: “Mənim heç bir məhkəmə çəkişməsindən çəkinəcəyim yoxdur. Erməni diaspor fəalı Kristina Puşaunun Azərbaycanla bağlı layihələrini, Allahverdinin oğlu Ziyəddinin həmin layihənin azərbaycanlılar üzrə koordinatoru olduğunu yazmışam, ifşa eləmişəm, əcəb eləmişəm. İndi əlavə olaraq onu deyirəm ki, Vətən müharibəsində Azərbaycanda hər evdən, nəsildən cəbhəyə ən azı bir kişi getdi, amma Aslan İsmayılovun evində bir kişi tapılmadı ki, vətənin harayına getsin. Utanmaz-utanmaz 8 oktyabrda “oğlum müharibədə qulluq edir, qələbədən sonra yerini deyəcəm” deyə status yazan Allahverdi nədən açıqlamır oğlunun hansı cəbhədə, hansı döyüşdə əlinə silah aldığını? Düz deyir, döyüşüblər, amma Kristina Puşaunun dalında gizlənərək Azərbaycana qarşı, Azərbaycan zabitinə, Azərbaycan əsgərinə, Azərbaycan ordusuna qarşı vuruşublar. Özləri milyonluq villalarda buxarlana-buxarlana soyuğun, şaxtanın qabağında vətənin keşiyində dayanan əsgərləri “sauna” tələb etməkdə suçlayıblar”.

Taleh Şahsuvarlı sonda bildirib ki, “Sələmçi” Tapdıqla bağlı Məhkəmə-hüquq Şurasına müraciət edəcək: “Doğrusu, əvvəl bu fikrimdən daşınmışdım. Çünki həmin qurumda Azərbaycanın çox sanballı hüquqşünasları, hüquq-mühafizə sistemində, məhkəmə və vəkillik institunda çəkisi olan isimlər- nazir Fikrət Məmmədov, Prezidentin köməkçisi Fuad Ələsgərov, Ali Məhkəmənin sədri Ramiz Rizayev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və başqaları təmsil olunur. Bu cür nüfuzlu, peşəkar hüquqşünasların arasında arvadı sələmçilik üstündə boğularaq qətlə yetirilən, qətl zamanı evindən kiloqramlarla qızıl-brilyant aparılan Tapdıq Mahmudov kimilərinin nə işi var? Tapdıq haradan qazanmışdı o pulları ki, arvadı da sələm verirdi? Gəncəliləri cana yığan, dövlətdən, hökumətdən narazı salanların başında gəlir o Tapdıq. İcra başçılarından biri ilə “rüşvət razborka”sını, maşınının harada və içində kim ola-ola qəzaya düşdüyünü, qəzaya düşənləri sağaltmaq üçün tabeliyində olan məhkəmə işçilərindən 15 min pul yığdığını bütün bölgə danışır. Azərbaycanda hüquq adına, ədalət adına qara ləkə olan belə tiplərin Apellyasiya Məhkəməsinin sədri olması bu dövlətə ən böyük xəyanət deyilmi?”

AzNews.az