Oğlu Kristinanın, atası Məryəmin tumanın altında Azərbaycana qarşı döyüşən ismayılovların erməni diasporu ilə əlaqələrinin daha bir təsdiqi Oğlu Kristinanın, atası Məryəmin tumanın altında Azərbaycana qarşı döyüşən ismayılovların erməni diasporu ilə əlaqələrinin daha bir təsdiqi

Aslan İsmayılov Nazaretyanla birlikdə qalib ordumuzu hərbi cinayətlərdə suçlayır -FOTOFAKTLAR

Oğlu Kristinanın, atası Məryəmin tumanın altında Azərbaycana qarşı döyüşən ismayılovların erməni diasporu ilə əlaqələrinin daha bir təsdiqi

“Təxminən 13 il öncə erməni icmasına yardım edə bilmək üçün mən hüquqşünas olmaq qərarına gəldim. Sizi əmin edirəm, canım haylar, sizim üçün hər şey edəcəm, bu, sadəcə başlanğıcdır”- bu “təntənəli” bəyanatın müəllifi hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan Məryəm Nazaretyan adlı bir erməni diaspor fəalıdır. Hətta sıradan bir fəal deyil, erməni diasporuna maliyyə toplayan və həmin pulların bir qismini Dağlıq Qarabağdakı seperatçılara ötürən qurumlardan birinə rəhbərlik edir.

Məryəm Ermənistan Vəkillər Kollegiyasının üzvü olan Anuş Bağdasaryan və Yelena Hambarsumyan adlı hüquqşünasların Azərbaycana qarşı hazırladıqları “müharibə cinayətləri” şikayətinin ərsəyə gəlməsində xüsusi rol oynayan şəxslərdən biridir. Belə ki, o, Ermənistandan Məryəm Qazaryan, Argentinadan Karina və Maral Morsesyanlar, ABŞ-ın Kaliforniya ştatından isə Astik Hayrapetyan, Ovsanna Takforyan, Meri Manukyan və Haik Ter-Gevondanyan adlı erməni hüquqşünaslarla birlikdə bizim İkinci Qarabağ savaşı adlandırdığımız 44 günlük müharibədə və eləcə də ondan sonra Azərbaycan hərbiçilərinin “müharibə cinayətləri”ndən bəhs edən xüsusi raport hazırlayıblar.

Həmin raport hazırda BMT başda olmaqla bütün nüfuzlu beynəlxalq təşkilatlara göndərilir və qlobal media qurumları ona istinadən Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı haqq savaşına qara yaxırlar. Ermənistan mediasının və diaspor ermənilərinin əsas istinadına çevrilmiş “araşdırma” İngiltərənin “The Guardian” kimi nəşrləri üçün eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana qara yaxmaq üçün vəsilədir. Yayılan xəbərlərdən görünür ki, ermənilər sözügedən “araşdırma”dan yeni genosid nağılı uyduraraq Azərbaycanın əleyhinə beynəlxalq məhkəmələrdə dava açmaq, diplomatik təzyiq əldə etməyi düşünürlər. Bir sözlə Məryəm Nazeretyan adlı erməni diaspor fəalının yaxından iştirakı ilə hazırlanmış raport 44 günlük savaşda Ali Baş Komandan İlham Əliyevin gerçəkləşdirdiyi “Dəmir yumurq” əməliyyatı nəticəsində qəti məğlubiyyətə uğramış Ermənistan üçün Azərbaycana qarşı əsas silahlardan biridir.

Çox təəssüf ki, bu silahı dövlətimizə, millətimizə, ordumuza və qələbəmizə qarşı tuşlayan Azərbaycan vətəndaşları da var. Bu “vətəndaş” gah Azərbaycanın Qazax rayonunda, gah da Gürcüstan Respublikasında doğulduğunu iddia edən, əsl adı Allahverdi olan “Aslan İsmayılov” kod adlı qondarma hüquqşünasdır. Budur, 10 noyabr 2020-ci ildə, Ermənistanın Baş naziri Nikol Paşinyan işağlçı hərbi birləşmələrinin müzəffər Azərbaycan ordusunun qarşısında tab gətirmədiyini görüb kapitulyasiya bəyanatına imza atır, ondan cəmi bir həftə sonra “Azərbaycanın müharibə cinayətləri”ndən bəhs edən “araşdırma” hazırlanır və bu “sənəd”in erməni diasporu tərəfindən həm ənənəvi, həm də yeni mediada tirajlanmasına start verilir. Həmin raportu sosial şəbəkələrin Azərbaycan seqmentinə isə bir başqası deyil, məhz Aslan İsmaylov ötürür. Məryəm Nazeretyanın postunu və postunun altında “google.doc” formatında yerləşdirilmiş faylı “retweet” etməklə.

“Aslan İsmayılov” kod adlı Allahverdinin bu hərəkətini təsadüf saymaq isə olduqca çətindir. O, öz əməllərinə heç zaman sahib çıxmasa da və hər dəfə bişmiş toyuğu da güldürəcək bəhanələrlə sudan duru çıxmasa çalışsa da, ortada başqa faktlar da var. Bu faktlar İkinci Qarabağ Savaşında ermənilərin Azərbaycana, dövlətimizə və ordumuza qarşı apardıqları informasiya savaşında Aslan İsmayılova istinad etmələridir. İkınci Qarabağ savaşının ən qızğın günlərində o, Azərbaycan Müdafiə nazirliyini və icra hakimiyyətini şəhidlərin dəfn mərasiminə qadağalar qoymaqda ittiham edir, bununla düşmənin texnikasına və canlı qüvvəsinə sarsıdıcı zərbələr endirən ordumuzu nüfuzdan salmağa, arxa cəbhədə narazılıq və panika yaratmağa çalışır, erməni mətbuatına manşetlər verirdi. Onlar məhz Aslan İsmayılova istinadən öz cəmiyyətlərini inandırmağa çalışırdılar ki, “qəhrəman Ermənistan ordusu” Azərbaycan Silahlı Qüvvələrini böyük itkilərə məruz qoyub, ancaq bu rəsmi şəkildə açıqlanmır.

Aslan İsmayılov, təkcə Vətən Müharibəsinin informasiya cinahında ermənilərlə eyni səngərdə- yuxarıdakı faktlardan da göründüyü kimi- durmayıb. O, ehtiyyatdan çağırılmış zabit kimi Vətən müharibəsində iştirak edən jurnalist Taleh Şahsuvarlıya qarşı məhkəmələrdə dava açmaqla Azərbaycan ordusuna və ordumuzun qələbəsinə qarşı daha bir provakasiyaya imza atıb. Əgər onun Taleh Şahsuvarlı ilə doğrudan da məhkəmədə çözülməli olan bir problemi vardısa, olmazdımı ki, vətənin müqəddəratı və milli həmrəylik naminə Aslan İsmayılov vətən müharibəsində iştirak etdiyini yaxşı bildiyi zabit-jurnalistlə çəkişməsini zəfərdən sonraya saxlasın?

Zəfərdən söz düşmüşkən, Aslan İsmayılov 8 oktyabr 2020-ci ildə öz Facebook səhifəsində ailə üzvləri ilə bağlı bir status yazıb və bildirib ki, onun kiçik oğlu Ziyəddin müharibədə qulluq edir, yerini qələbədən sonra ictimaiyyətə açıqlayacaq. Azərbaycan ordusunun qələbəsindən xeyli vaxt keçib, səfərbərlikdən cəlb olunmuş bir çox əsgər və zabitlər evlərinə tərxis olunub, ancaq atası Ziyəddin İsmayılovun müharibədə harada və necə iştirak etməsi barədə bir söz deyə bilmir. Çünki o, Azərbaycan cəmiyyətinə sadəcə YALAN DANIŞIRDI. Onun hər iki oğlu qorxaqcasına səfərbərlikdən yayınıb, fərarilik ediblər. Çox güman həm də elə bu səbəbdən, öz fərari oğulları ilə fəxr edə bilmədiyi üçün Allahverdi ön cəbhədəki zabit və əsgərlərə nifrətlə yanaşır, qarın-çovğunun qabağındakı igidləri “sauna” tələb etməkdə suçlayırdı. Bəli, Azərbaycanın igid oğulları işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qanından, canından qorxmayaraq vuruşanda Aslan İsmayılovun böyük oğlu Vaqif atasının min hoqqadan çıxaraq ona təzəcə aldığı vəzifədə yerini isitməklə, Ziyəddin isə erməni diaspor fəalı Kristina Puşaunun tumanın altında yumurta döyüşməklə məşğul idi.

Bax, elə buradaca başqa bir sual da meydana çıxır: necə olur ki, bu Aslan və onun fərari oğulları erməni diaspor fəalları olan qadınların tumanından çıxır: balası Kristina Puşaunun, atası Məryəm Nazeretyanın?

Bəlkə bunun bizim bilmədiyimiz bir qaranlıq tərəfləri, tarixçəsi var?

Bu sualdan yola çıxanda “Aslan İsmayılov” kod adlı Allahverdinin məşhur “Emre Piliç” skandalında firmanın Türkiyə ermənisi olan təsisçilərindən aldığı etibarnamə də gözdən qaçmır. 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrində soydaşlarımızın iştirakını və rolunu Eduard Qriqoryan adlı DTK casusu olan erməni ilə eyniləşdirən, soydaşlarımıza ölüm hökmü də daxil olmaqla ən ağır cəzalar tələb edən imperiyanın nökər prokurorunun 30 ildən çox bir müddətdə daim ermənilərə “vəkillik” etməsi təsadüf ola bilməz axı... Bəli, bu qədər təsadüf ola bilməz! Gerçək adı, doğum yeri, iş təcrübəsi, elmi dərəcəsi ilə bağlı cəmiyyətə ağ yalanlar danışmış İsmayılov görəsən keçmişində olan daha hansı halı ört-basdır edir?

AzNews.az