Aslan İsmayılov Fətullah Güləni necə müdafiə edirdi? - KONKRET SİTATLAR

Aslan İsmayılov: "Camaat"ın istintaqçıları vasitəsilə Türkiyə ordusunu çıxdaş edən R.T.Ərdoğan deyildimi"?

"Aslan İsmayılov" kod adlı Allhverdi bu gün öz Facebook səhifəsində yazıb ki, o, guya hər zaman Fətullah Gülənə və onun Azərbaycandakı tərəfdarlarına qarşı "amansız mübarizə" aparıb.

Ancaq Allahverdi YENƏ GÖZÜNÜN İÇİNƏ QƏDƏR YALAN DEYİB!

Necə yalan dediyini, gəlin öz dilindən eşidək:

Aslan İsmayılov 2014-cü ildə YAZIRDI:

1-ci SİTAT: "Nurçularla bağlı Türkiyədə və Azərbaycanda başlanmış kampaniya Sovet hakimiyyəti dövrü aparılan kampaniyaya çox bənzəyir. Sadəcə, Sovet dövrü həkimlərə, ziyalılara və digər qruplara qarşı aparılan kampaniyada ittiham dəqiq məlum idi. Onlar hamısı Sovet hakimiyyəti əleyhinə təbliğatda ittiham olunurdular. Bu günki nurçuların ittihamı isə mənə bəlli deyil. Bu cür kampaniya isə Sovet dövrü aparılan kampaniyadan daha təhlükəlidir. Dəhşətlisi də odur ki, ölkənin siyasi, ictimai şəxsləri, Vəfa müəllimdən başqa, bu məsələdə konkret mövqe bildirmirlər".

2-ci SİTAT: "Bu gün topa tutduğu "camaat"ın istintaqçıları vasitəsilə Türkiyə ordusunu çıxdaş edən R.T.Ərdoğan deyildimi? R.T.Ərdoğan başda olmaqla bütün hakimiyyətin eyhamlı ittihamları konkret nədən ibarətdir? Aylardır "camaat"dan danışsalar da günahları nədir, hələ də heç kimi başa salmayıblar. Əgər onların günahı, qanunsuz dinləmələrdirsə pozulmuş qanuni tətbiq etməklə onları cəzalandırın. Ancaq bununla birlikdə onların "qanunsuz" dinləmələr nəticəsində aşkar olunan korrupsiya faktlarında ifşa olunanları da cəzalandırın. Yox, onlar Vətənə xəyanət edib, xarici dövlətlərin maraqlarına xidmət ediblərsə bunun da nədə ifadə olunduğunu dəqiq göstərin".

3-cü SİTAT: "Fətullah Gülənin təkbaşına bir dövlətə bərabər qurumun yaratmasına inanmıram. Fətullah Gülənə sığınacaq vermiş ABŞ-ın bu işlərdə ona yardımçı olmasına şübhə etmirəm. Ancaq ABŞ bundan necə yararlanır, bu Türkiyənin dövlət maraqlarına hansı ziyanı vurur bunlar açıqlanmalıdır".

4-cü SİTAT: "Bu gün adları nurçular kimi çəkilənlərə qarşı aparılan kampaniyanı haqsızlıq kimi dəyərləndirirəm. Ölkədə ən qabaqcıl təhsil ocaqlarını nurçuluq adı ilə niyə gözdən salırlar? Axı göstəricilər hamı üçün bəllidir. O təhsil ocaqlarından yaxşısını yaradın sonra bunları qaralayın. Məhz Fətullah Gülən adı ilə bağlı məktəblərin Avropadan tutmuş Afrikaya qədər türk dilinin, islam dinin təbliğini əvəzləyəcək bir qurum varmı? Fətullah Gülən adı ilə gənclər niyə vəzifədən kənarlaşdırıldılar, sabah öz şəxsi maraqları üçün bu amildən istifadə edib bir çox, bəzən dəyərli olan şəxsləri, çıxdaş etməyəcəklərmi? Ən əsası hüquqi dövlət adlandırılan bir məmləkətdə insanları baxışlarına görə təqib etmək olarmı? Niyə ölkədə tozanaq qoparmış təbliğat kampaniyasında konkret ittihamlar varsa, sadalanmır? Bütün suallar cavablandırılmalıdır. Əminəm ki, bu gün gedən proseslər təhlükəlidir və qarşısı alınmalıdır."

AzNews.az