Siyasi flüger Aslan İsmayılov Cəmil Həsənlini necə öyürdü? - VİDEO

Aslan İsmayılov: "Biz liderimizi görürük"

1988-ci ildə baş vermiş Sumqayıt hadisələri ilə bağlı "Qriqoryan işi"ndə SSRİ adlı imperiyanın dövlət ittihamçısı olaraq Vaqif Hüseynov adlı soydaşımıza ÖLÜM HÖKMÜ tələb edən, 1993-cü ildə Baş prokuror İxtiyar Şirinovla çəkişərək Baş prokurorluqdan qovulan, bundan sonra Elçibəy hakimiyyəti dövründə PA-da işləyən, lakin həmin hakimiyyət getdikdən sonra komandasına xəyanət edərək vəzifəsində qalan, 1994-cü ildə ulu öndər Heydər Əliyevə qarşı mətbuat konfransı keçirmək istədiyi üçün PA-dan da qovulan, daha sonra Ədalət və Demokrat partiyalarının üzvü olan, Rəsul Quliyevlə "birlikdəyik" şəkli çəkdirən, "qapısının itiyəm" dediyi İlyas İsmayılovu pul kisəsinə satan, Ziyalılar Forumunda təmsil olunaraq Rüstəm İbrahimbəyov avantürasını xalqa sırıyan, hazırda özünü Azərbaycan hakimiyyətinə canyandıran kimi göstərən, PA-nın keçmiş rəhbəri, hazırda AMEA-nın prezidenti olan Ramiz Mehdiyevə mədhiyyələr söyləyən, bir ara məşhur iş adamı, professor İlham Rəhimova yaltaqlanan, iki dəfə Vəkillər Kollegiyasından bayıra atılan, II Qarabağ savaşı günlərində iki oğlunu erməni diaspor təşkilatının fəalı Kristina Puşaunun tumanının altında gizlədən, yenə həmin ərəfədə Məryəm Nazaretyan adlı erməni vəkilin də daxil olduğu bədnam qrupun Azərbaycan ordusunu müharibə cinayətlərində suçlayan raportunu Twitter-də yayan "Aslan İsmayılov" kod adlı avantürüstün, siyasi flügerin 2013-cü ilin prezident seçkilərində Rusiyanın layihəsi olan Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini necə öyməsini diqqətinizə təqdim edirik:

"Aslan İsmayılov" kod adlı Allahverdini Azərbaycanda aparılan islahatların simasına və sözçüsünə çevirmək istəyənlərə, onun hikkəsi ilə prezident İlham Əliyevin səmimi və prinsipial tərəfdarlarına təzyiqlər göstərənlərə isə sual edirik: BÜTÜN BUNLARI ETMƏKDƏ MƏQSƏDİNİZ NƏDİR?

Beləliklə, Aslan İsmayılov kod adlı Allahverdinin 2013-cü ilin prezident seçkilərindəki çıxışı:

"Bunu məqsədyönlü edirlər. Məqsədyönlü edirlər ki, insanları seçkilərdən irgəndirsinlər. Həmin o tədbirdə bütün varlığı ilə, həyat və yaradıcılığı ilə bu xalqa xidmət etmiş, ağır təbiətli, əxlaqlı, nəfsi tox olan, Azərbaycanı canı qədər sevən Cəmil Həsənlinin qismində bütün Azərbaycan xalqını təhqir etdilər. Məhz ona görə mən burdayam. Bizlərə illərdir göstərirdilər ki, müxalifət düşərgəsi birləşə bilmir. Müxalifət düşərgəsi birləşdi. Bizlərə illərdir deyirdilər ki, lider yoxdur. İNDİ BİZ LİDERİMİZİ GÖRÜRÜK- Əxlaqlı, savadlı...

Kütlə alqışlayır: CƏ-MİL BƏY! CƏ-MİL BƏY!

... Əxlaqlı, savadlı, qeyrətli, vətənini, xalqını sevən və həmin debatlarda hər birinə göstərən ki, mən xalqımın səsini, hüququnu qorumağa qadirəm!.. O qədər ŞƏRƏFSİZLƏR (yəni, İlham Əliyevin tərəfdarları- red.) Cəmil Həsənliyə hücum çəkdi, Cəmil müəllim öz sözünü dedi!...

Əziz həmvətənlərim!

Afrikada... Afrikada POKASSO ADLI ADAMYEYƏN PREZİDENT OLUB! O, insanları yeyəndə ətrafını cəmləyərdi ki, ona baxsınlar və görsünlər və sussunlar! Həmin debatda Cəmil Həsənlini yeməyə düşdülər!.."

AzNews.az