“Aston Villa” yeni baş məşqçini ictimaiyyətə təqdim edib. “Aston Villa” yeni baş məşqçini ictimaiyyətə təqdim edib.
  • Fanat
  • 11 Oktyabr 2018 10:37
  •  1 903

Terri təyinat aldı, amma...

“Aston Villa” yeni baş məşqçini ictimaiyyətə təqdim edib.

Aznews.az xəbər verir ki, “Aston Villa” “sükanı” Din Smitə həvalə edib. İngiltərə mətbuatı Smitin təyinatına qədər iddia edirdi ki, baş məşqçi postuna Con Terri gətirilə bilər.

Ancaq bu ehtimal doğrulmayıb. Buna baxmayaraq, Terri “Asaton Villa”da işlə təmin olub. O, Smitin köməkçisi kimi fəaliyyət göstərəcək.

“Aston Villa” Xesus Qarsiya Pitarxı da idman direktoru təyin edib. Bu funksioner “Valensiya” və Madrid “Atletiko”sundakı işi ilə tanınıb.

Con Terri karyerasını bir neçə gün əvvəl bitirib. O, futbolda son mövsümünü “Aston Villa”da keçirib.

Turan

© AzNews.az