O, Salomon Kalunun doğma qardaşıdır O, Salomon Kalunun doğma qardaşıdır
  • Fanat
  • 15 Oktyabr 2018 16:23
  •  909

Sabiq futbolçu mer seçildi Siyasətdə ilk uğuru

O, Salomon Kalunun doğma qardaşıdır

PSJ-nin və Kot-Divuar yığmasının sabiq futbolçusu Boneventyur Kalu siyasətə qoşulub.

Aznews.az xəbər verir ki, Kalu siyasətdə ilk uğurunu da qazanıb. O, Kot-Divuarın Vavua şəhərinin meri seçilib. Kalu bununla bağlı “facebook”da belə yazıb:

“Siyasətdə yeni düşüncə tərzinə ehtiyac var. Seçki marafonunda çirkli metodlardan istifadə edənlər nəyəsə nail olmayacaqlar.

Qələbə ilə qürur duyuram. Ancaq hər şeydən əvvəl atam - o böyük memar haqda düşünürəm”.

Onu da qeyd edək ki, Boneventyur başqa bir məşhur futbolçunun – Salomon Kalunun doğma qardaşıdır. Boneventyur iki dəfə UEFA kubokunun qalib olub.

Turan

© AzNews.az