Slovakiya keçirdiyi hər iki qarşılaşmada məğlub olub Slovakiya keçirdiyi hər iki qarşılaşmada məğlub olub
  • Fanat
  • 15 Oktyabr 2018 16:29
  •  1 121

Yığmanın baş məşqçisi istefa verdi

Slovakiya keçirdiyi hər iki qarşılaşmada məğlub olub

Slovakiya yığmasının baş məşqçisi Yan Kozak istefa verib.

Aznews.az xəbər verir ki, Kozak Millətlər Liqasında Çexiyaya məğlubiyyətdən (1:2) sonra istefa verib. Federasiya onun istefasını qəbul edib.

Oktyabrın 16-da İsveçlə keçiriləcək yoldaşlıq görüşünə Slovakiyanı Kozakın köməkçisi Ştefan Tarkoviç çıxaracaq.

Ukrayan ilə Millətlər Liqasında keçiriləcək oyuna isə Slovakiya yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Kozak Slovakiya yığmasında 2013-cü ildən çalışırdı.

Bu ölkənin yığması onun rəhbərliyi altında Avro-2016-nın 1/8 finalına vəsiqə qazanmışdı. Slovakiya Millətlər Liqasında keçirdiyi hər iki qarşılaşmada məğlub olub.

Turan

© AzNews.az