Futbolçu son ifadəsində deyib ki, komanda yoldaşlarımdan və ... Futbolçu son ifadəsində deyib ki, komanda yoldaşlarımdan və ...
  • Fanat
  • 15 Oktyabr 2018 16:57
  •  1 198

Ardanı qəfəs döyüşünə çağırdılar

Futbolçu son ifadəsində deyib ki, komanda yoldaşlarımdan və ...

Türkiyənin ən ünlü futbolçularından biri olan Arda Turanla bağlı yaşanan qalmaqal böyüyərək yeni müstəviyə keçib. Xatırladaq ki, Arda bir neçə gün öncə əyləncə mərkəzlərindən birində məşhur pop müğənnisi Berkay Şahinin həyat yoldaşı Özləm Ada Şahinə sataşmış və sonra da Berkayın özü ilə əlbəyaxa olaraq onu xəstəxanalıq etmişdi. Bu olayın ardından, Arda xəstəxanaya gedərək məsələni orda "çürütməyə" çalışmışdı. Özü də o, xəstəxanaya silahla getmişdi. Belə görünür, Ardanın başını Berkayla dalaşmasından çox, məhz silah məsələsi ağrıdacaq. Çünki həmin silah sənədsiz olub və ən əsası, Arda Berkayla təklikdə söhbət edərkən o silahdan yerə atəş açıb.
Qeyd edək ki, burnu qırılan Berkay dünən xəstəxanadan evə buraxılıb. Onun vəkili Ayşəgül Mermer xəstəxananın çıxışında jurnalistlərə açıqlama verib: "Arda belində gəzdirdiyi sənədsiz silahla xəstəxanaya daxil olub. Bunun özü artıq məsuliyyətə cəlb olunmaq üçün yetərlidir. Berkaya fiziki xəsarət yetirməsi azmış kimi, silahla bura gələrək şüursuz şəkildə atəş açıb. Qanun çərçivəsində baxsaq, onu heç cür bağışlamaq mümkün deyil". Vəkil daha sonra Berkayın yazdığı məktubu da jurnalistlər üçün oxuyub: "Bu məsələdə Berkay və Arda önəmli deyil. Önəmli olan iki xanımın yaşadığı həssas və üzücü durumdu. Mən qarşı tərəfin etmədiyini edərək, həm öz həyat yoldaşımdan, həm də Aslıhan Turandan üzr istəyirəm. Kişinin dalaşması normaldır. Amma yanına gedib "həyat yoldaşımı evə aparıb yarım saata bura gələcəyəm" deyərkən, onun gözləmədiyim anda mənə arxadan zərbə vurması acizlik və qorxaqlıq əlamətidir. Özünə də bunu söylədim. "Şikayət etməyimi istəmirsənsə, iki şərtim var" dedim. Ondan həm həyat yoldaşımdan, həm məndən, həm də öz həyat yoldaşından üzr istəməsini tələb etdim. Eyni zamanda həyat yoldaşıma söz atmasını da etiraf etməsini istədim. Amma bunun əvəzinə gülməli və məsələyə heç bir dəxli olmayan açıqlamalar verdi! Bura Türkiyə cümhuriyyətidir və hüquq dövlətidir. Cəzası nədirsə, onu da çəkəcək". Cinayət məsələləri üzrə vəkil Erol Şahin də olayla bağlı açıqlama verib: "Xəstəxana ictimai yerdir. Arda orda atəş açıb. Bu hərəkət isə ümumi təhlükəsizliyə qəsdən təhlükə törətmək deməkdi. Müstəntiq Ardaya 3 maddə üzrə ittiham irəli sürə bilər. Birincisi, "Silahla təhdid" maddəsidir. Buna görə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur. İkinci cinayət mövzusu "Ümumi təhlükəsizliyin qəsdən təhlükə altına salınması"dır. Bu maddədə 6 aydan 3 ilədək cəza nəzərdə tutulur. Üçüncü ittiham isə "Qanunsuz silah daşıma" ilə bağlıdır. Buna görə cəza müddəti 1 ildən 3 ilədəkdi. 3 maddə üzrə cəzanın ümumi müddəti təxminən 3,5-11 ilə bərabərdir".
Yeri gəlmişkən, son ifadəsində "geniş bir açıqlama verərək klubumdan, komanda yoldaşlarımdan və başqanımdan ayrıca halallıq istəyəcəyəm" deyən Arda, "İstanbul BŞ"nin U-21 komandasına qarşı matçda bir hissə meydanda olub. Deyilənə görə, matçın ardından komanda yoldaşlarından və məşqçilər korpusundan üzrxahlıq etsə də, onun bu addım soyuq qarşılanıb. Ümumiyyətlə, "İstanbul BŞ" tərəfindən Ardaya böyük miqdarda para cəzası verəcəyi gözlənilir. Bundan başqa, klub tərəfindən bu günlərdə mətbuat konfransı keçiriləcək. Rəhbərliyin tələbi ilə Arda məsuliyyətsiz davranışına görə, bütün Türkiyədən üzr istəyəcək.
Bu arada "Survivor"a qatıldığı dönəmdə qeyri-adi hərəkətləri ilə diqqət mərkəzinə düşən Tanər Tolqa şəxsi "Tvitter" hesabından paylaşdığı bir videoda Ardanı döyüşə çağırıb: "Onun cavabını meydanda verəcəyəm. Ölkəmizi dünyada təmsil etmiş bir insana bu hərəkət yaraşırmı? Birmənalı şəkildə yanlış addımdır. Onun cavabının futbol meydanında yox, qəfəs döyüşündə verilməsini istəyirəm. Ardanı qəfəs döyüşünə dəvət edirəm!"

Turan

AzNews.az