- Fanat
- 15 Oktyabr 2018 21:26
- 14 173
Meyvezerin Həbibin çağırışına cavabı gecikmədi
Amerikalı peşəkar boksçu Meyvezer Həbibin çağırışına cavab verdi
Amerikalı peşəkar boksçu Floyd Meyvezer yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun çağırışına cavab verib.
Meyvezer özünün “Twitter” səhifəsində bunu yazıb:
“CBS, Showtime və MGM Grand çek kitabçalarınızı hazırlayın. Həbib mənə çağırış etdi”.
Qeyd edək ki, dağıstanlı idmançının boks üzrə sabiq çempionuna çağırışında özünə rəqib görmədiyini deyib:
“İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram: 50-0 27-0-a qarşı. Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var - o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”.(oxu.az)
AzNews.az