“Mançester Siti”nin futbolçusu Vensen Kompaninin atası mer seçilib “Mançester Siti”nin futbolçusu Vensen Kompaninin atası mer seçilib
  • Fanat
  • 16 Oktyabr 2018 09:47
  •  1 134

Belçikada ilk qaradərili mer məşhur futbolçunun atası oldu

“Mançester Siti”nin futbolçusu Vensen Kompaninin atası mer seçilib

Aznews.az xəbər verir ki, Pyer Belçikada mer seçilən ilk qaradərili şəxsdir. O, kiçik Qansxoren şəhərciyində yaşayan vətəndaşların etimadını qazanıb. Şəhərcikdə 20 min əhali yaşayır.

Vensen atasının qələbəsi haqda belə yazıb: “Tarixi hadisə! Biz səninlə qürur duyuruq, ata. Sən 1975-ci ildə Konqodan Belçikaya qaçqın kimi gəldin. İndi isə yerli əhalinin etimadını qazanıb, Belçika tarixində ilk qaradərili mer seçildin”.

© AzNews.az