O, tez-tez soruşurdu ki, niyə pasport vermirlər O, tez-tez soruşurdu ki, niyə pasport vermirlər
  • Fanat
  • 16 Oktyabr 2018 12:25
  •  2 040

Həbib azərbaycanlının klubunda döyüşüb, Ukrayna vətəndaşlığı almaq istəyib, amma...

O, tez-tez soruşurdu ki, niyə pasport vermirlər

UFC çempionu Həbib Nurməhəmmədov Ukrayna vətəndaşlığı ala bilərmiş.

Aznews.az xəbər verir ki, bu barədə məlumatı Həbibin dayısı Aleks Nurməhəmmədov verib. O, bildirib ki, Həbib Ukraynanın hakimiyyət orqanlarına müraciət etsə də, “hə” cavabı ala bilməyib. Dayısı, həbibin buna görə incidiyini də vurğulayıb:

“Biz bütün gücümüzü sərf etdik ki, Həbib Ukrayna vətəndaşlığını alsın. Biz Ukraynanı, onun xalqını sevir və dəyərləndiririk. Deyirlər ki, harada doğulubsansa, vətən də oradır. Amma mən hesab edirəm ki, sənin üçün yaşamaq harada yaxşıdırsa, vətən də məhz oradır. Planlaşdırmışdıq ki, Həbib Ukraynanın şərəfini qorusun. Ancaq bu planımız alınmadı.

Bəli, Həbib buna görə bir az incidi də. O, tez-tez soruşurdu ki, niyə pasport vermirlər, niyə məsələyə belə yanaşırlar? O, özünün ilk döyüşünə Poltavadan uçub. Həmin vaxt “Antares-2000” klubunda çıxış edirdi. Bu klub Viktor Krivoruçkoya məxsus idi.

Daha sonra Kiyevdə “Combat-DOBRO” klubunun şərəfini qorudu. Bu kluba Elxan Vəliyev rəhbərlik edirdi. O, Ukraynanın Döyüş Sambosu Federasiyasının prezidenti idi. Həmin vaxt mən federasiyada vitse-prezident postunda çalışırdım. Ancaq ona pasport vermədilər və biz də Həbibi Rusiyaya yola saldıq”.

Qeyd edək ki, əslən azərbaycanlı olan Elxan Vəliyev həm də Avropa Döyüş Sambosu Federasiyasının prezidentidir.
Elxan Vəliyevin atası Nazim Vəliyev əslən Naxçıvanın Şərur rayonundandır. İdmançının anası isə ukraynalıdır. Sərbəst güləş üzrə SSRİ idman ustası olan Elxan Vəliyev 2006-cı ildə Latviyanın paytaxtı Riqa şəhərində veteranlar arasında döyüş sambosu üzrə keçirilən dünya çempionatında qələbə qazanıb. Bundan başqa, 2008-ci ildə isə İsveçdə sərbəst güləş üzrə veteranlar arasındakı dünya çempionatının qalibi olub.

Turan Tural

© AzNews.az