Millidə bəzi simaları tanıyırdım, amma yeni adlar çoxdur Millidə bəzi simaları tanıyırdım, amma yeni adlar çoxdur
  • Fanat
  • 16 Oktyabr 2018 12:56
  •  1 003

Azərbaycan millisinin üzvü: - "Bu qərar əsl ağılsızlıq idi"

Millidə bəzi simaları tanıyırdım, amma yeni adlar çoxdur

Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Proyssen"də forma geyinən Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasında keçirilən oyunlarla bağlı açıqlama verib.

AzNews.az xəbər verir ki, 28 yaşlı futbolçu Azərbaycan millisində yeni adların çox olduğunu deyib:

“Farer adalarına 3:0 hesabı ilə qalib gəldikdən sonra Malta ilə oyunda xal itirməyimiz bizi üzdü. Bir neçə qol şansından yararlana bilmədim.

Baş məşqçi Qurban Qurbanov tərəfdən özümlə bağlı xoş sözlər eşitdim. Millidə bəzi simaları tanıyırdım, amma yeni adlar çoxdur.

Malta ilə oyunda istədiyimiz nəticəni qazana bilmədik. Bu da bizi üzdü. Rəqib müdafiə olunmaqla kifayətlənirdi. Dörd oyunda məğlub olmamışıq. Kosovo bizdən 2 xal öndədir. Hər şey mümkündür".

Robert Prosineçkinin baş məşqçi olduğu dövrdə yığmada oynamayan Dadaşov bununla bağlı da danışıb:

"Bu qərar əsl ağılsızlıq idi. Mən yenidən özümə güvənirəm".

Turan Tural

© AzNews.az