Bakı Şəhər Halqası yarışın davam etdirilməsində maraqlıdır Bakı Şəhər Halqası yarışın davam etdirilməsində maraqlıdır
  • Fanat
  • 16 Oktyabr 2018 15:46
  •  952

"Formula-1" yarışının Azərbaycanda daha 5 il keçirilməsi üçün danışıqlar aparılır

Bakı Şəhər Halqası yarışın davam etdirilməsində maraqlıdır

"Formula 1" üzrə dünya çempionatının Azərbaycanın daha 5 il keçirilməsi üçün danışıq gedir.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, "Formula 1" rəhbərliyi və BŞH əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, mövcud müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub. "Formula 1" yarışı 2015-ci ildən Azərbaycanda keçirilir. (Report)

© AzNews.az