İdman tarixinin ən bahalı müqaviləsi imzalanıb. İdman tarixinin ən bahalı müqaviləsi imzalanıb.
  • Fanat
  • 18 Oktyabr 2018 07:55
  •  1 833

İdman tarixinin ən bahalı müqaviləsi

İdman tarixinin ən bahalı müqaviləsi imzalanıb.

WBA və WBC orta çəki kəmərlərinin sahibi olan meksikalı boksçu Saul Alvarez tarixi rekorda imza atıb.

28 yaşlı idmançı DAZN yayım platforması ilə 365 milyon dollarlıq müqavilə imzalayıb.

Bu, idman tarixində ən bahalı sponsorluq müqaviləsi olub. Müqavilə çərçivəsində Alvarezin növbəti 5 il ərzində keçirəcəyi 11 döyüş DAZN tərəfindən yayımlanacaq.

Karyerasında 50 qələbə, 1 məğlubiyyət və 2 bərabərliyi olan Alvarez ilk döyüşünü 15 dekabrda Nyu-Yorkda ingilis Roki Fildinqlə keçirəcək.

Qeyd edək ki, bundan öncəki rekord beyzbolçu Cyankarlo Stantona məxsus idi. O, 2014-cü ildə 325 milyon dollar qarşılığında “Mayami Marlins”lə 6+7 illik müqavilə imzalamışdı.(qafqazinfo.az)


AzNews.az