Futbolçu təyyarəni bəyənməyib. Futbolçu təyyarəni bəyənməyib.
  • Fanat
  • 18 Oktyabr 2018 08:18
  •  974

Təyyarəni bəyənməyən futbolçu oyundan imtina etdi

Futbolçu təyyarəni bəyənməyib.

İngiltərənin "Arsenal" klubunun qabonlu futbolçusu Pyer-Emerik Obameyanq milli komandası ilə Cənubi Sudana getməkdən imtina edib.

29 yaşlı hücumçu futbolçuları aparacaq təyyarədən narazı qaldığı üçün bu addımı atıb.

Obameyanq və Qabonun daha bir neçə futbolçusu Afrika Millətlər Kubokunun qrup mərhələsi çərçivəsində Cənubi Sudan yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Artıq "Arsenal"ın düşərgəsinə qayıdan futbolçunun zədə səbəbindən yığmanın düşərgəsini tərk etdiyi açıqlanıb.(teleqraf.com)

AzNews.az