Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib.
  • Fanat
  • 18 Oktyabr 2018 20:36
  •  961

FIDE-dən qadağa - Eyni şəxs...

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib.

Bundan sonra eyni şəxs iki dəfədən artıq Federasiyanın prezidenti seçilə bilməyəcək.

Qərar FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, FIDE prezidenti hər dörd ildən bir seçilir. Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç oktyabrın 3-də FIDE-nin yeni prezidenti seçilib. Onun sələfi Kirsan İlümjinov 1995-ci ilin noyabrından bu postda çalışıb və qurumun Etika Komitəsi tərəfindən 2018-ci il iyulun 13-də vəzifəsindən kənarlaşdırılıb.(report.az)

AzNews.az