Kərim Benzema adam oğurluğuna cəhddə şübhəli bilinir. Kərim Benzema adam oğurluğuna cəhddə şübhəli bilinir.
  • Fanat
  • 19 Oktyabr 2018 07:43
  •  1 950

Kərim Benzema adam oğurlayıb? - Şok iddia

Kərim Benzema adam oğurluğuna cəhddə şübhəli bilinir.

İspaniyanın "Real" klubunun hücumçusu Kərim Benzema adam oğurluğuna cəhddə iştirak etməkdə şübhəli bilinir.

Mənbənin məlumatına görə, 30 yaşlı futbolçunun sabiq agenti Leo D’Souza məhkəməyə müraciət edərək, Benzemanın qohumlarını oktyabrın 8-da onu oğurlamağa cəhddə ittiham edib.

Hadisəyə Kərim və Leo arasında həll olunmamış 50 min avro məbləğində maliyyə məsələsi səbəb ola bilər.

Bildirilir ki, Paris Prokurorluğu sözügedən iş üzrə araşdırmalara başlayıb.(report.az)

AzNews.az