Qurban Qurbanov: Biz səhv etmişik Qurban Qurbanov: Biz səhv etmişik
  • Fanat
  • 20 Oktyabr 2018 22:39
  •  1 487

“Qarabağ”a texniki məğlubiyyət veriləcək - VİDEO

Qurban Qurbanov: Biz səhv etmişik

Topaz Premyer Liqasının VIII turunda “Səbail”ə evdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ”a texniki məğlubiyyət veriləcək.

Buna Ağdam təmsilçisinin oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub.

Belə ki, ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxan Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Amma bu, məşqçilər korpusunun diqqətindən yayınıb və gənc müdafiəçi meydana çıxıb.

“Qarabağ”a texniki məğlubuyyətin verilməsi AFFA-nın İntizam Komitəsinin növbəti həftə keçiriləcək iclasında rəsmiləşəcək.

Cari mövsümdə ilk belə hadisə “Zirə” ilə bağlı olub. Maraqlıdır ki, onda da rəqib “Səbail” idi və texniki qələbə qazanmışdı.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “ev”də “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri, lakin adı protokolda olmayan oyunçunu meydana buraxdıqları üçün texniki məğlubiyyətlə nəticələnəcək görüş barədə danışıb.

O, burada ən böyük səhvi özlərində gördüklərini bildirib:

"Əlbəttə ki, bütün məşqçilər buna baxmalıdır. Amma hakimlər də futbolçu meydana girən zaman protokola baxmalıdır. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə ki, ən böyük səhv özümüzdədir. Protokolu hamı yoxlamalıdır.

Biz səhv etmişik. Amma yanımızda 11 futbolçu oturur. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda da belə olsun. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar.

Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubuyyətin əvəzini çıxmaq olar. Amma onların əziyyətinə heyfim gəlir. Siyahıya 23 futbolçu yazanda aləm dəyir bir-birinə. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm".

O, "Qarabağ"da ikinci dəfədir belə hal yaşanmasından da danışıb:

"Keçən dəfə legioner limitini pozmuşduq. Riçard Almeydanı daha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas Hüseynov yerli futbolçudur. Onun adının yazılmaması taledir. Onu əvvəllər 60-65 dəqiqə oynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb". (Oxu.az)