Turun maraq doğuran oyunu Turində keçirilib Turun maraq doğuran oyunu Turində keçirilib
  • Fanat
  • 20 Oktyabr 2018 23:16
  •  1 548

Ronaldonun komandası xal itirdi - İtaliya A Seriyası

Turun maraq doğuran oyunu Turində keçirilib

Oktyabrın 20-dən İtaliya A Seriyasının doqquzuncu turuna start verilib.

Turun maraq doğuran oyunu Turində keçirilib. İtaliya A Seriyasının son çempionu "Yuventus" doğma meydanda "Genoa" klubunu qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

"Qoca sinyora"nın heyətində 18-ci dəqiqədə Kriştiano Ronaldo, qonaq komandadan isə 67-ci dəqiqədə Daniel Bessa fərqlənib. Beləliklə, "Genoa" klubu "Yuventus”un səkkiz oyunluq qələbə seriyasına son qoyub.

Turun açılış oyununda SPAL "Roma"nın qonağı olub. "Olimpiko" stadionunda keçirilən görüş SPAL klubunun 2:0 hesablı gözlənilməz qələbəsi ilə yekunlaşıb.