Yarış 4 gün davam edəcək Yarış 4 gün davam edəcək
  • Fanat
  • 22 Oktyabr 2018 15:04
  •  1 175

Stolüstü tennis çempionatına start verildi

Yarış 4 gün davam edəcək

Azərbaycan Stolüstü Tennis Federasiyasının və Gənclər və İdman Nazirliyinin təqvim idman planına müvafiq olaraq, 22 oktyabr tarixində Bakı şəhərində Gənclər və yeniyetmələr arasında Azərbaycan Kubok çempionatı start götürüb.

AzNews.az xəbər verir ki, şəxsi və komanda xarakteri daşıyan çempionatda ölkə üzrə böyük yaş qrupu üzrə 4 qız və 4 oğlan, kiçik yaş qrupu üzrə 8 qız və 9 oğlan komandası mübarizə aparacaq.

Çempionatın keçirilməsində məqsəd respublikada stolüstü tennisin kütləviliyini daha da genişləndirmək, güclü və perspektivli idmançıları aşkar etmək, yığma komandaya namizədləri müəyyən etməkdir.

Qeyd edək ki, 4 gün davam edəcək çempionat Şüa İdman kompleksində keçiriləcək.

Səidə Nurməmmədli,

AzNews.az