Bu barədə İqor Dodon bildirib. Bu barədə İqor Dodon bildirib.
  • Fanat
  • 22 Oktyabr 2018 19:36
  •  1 344

Məşhur şahmatçıya FİDE rəhbərliyində iş təklif olundu

Bu barədə İqor Dodon bildirib.

Moldovalı şahmatçı və biznesmen Viorel Boloqan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbər heyətinə daxil olacaq.

FİDE-nin prezidenti və Rusiyanın baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Boloqana FİDE-nin icraçı direktoru (CEO) olmağı təklif edib. Bundan əvvəl Moldova Şahmat Federasiyası Gürcüstanın Batumi şəhərində FİDE-nin prezidenti seçkilərində Dvorkoviçin namizədliyini dəstəkləmişdi.

AZƏRTAC xəbər verir ki, Viorel Boloqan Moldova Şahmat Federasiyasının prezidenti, ölkədə şahmatın inkişafı ilə fəal məşğul olan İqor Dodon ilə görüşərək Moldovada şahmatın inkişafı məsələlərini müzakirə edib.

İqor Dodon həmin görüşün yekunları barədə özünün feysbuk səhifəsində yazıb:

- Məlum olduğu kimi, bu təşkilatın yeni prezidenti vəzifəsinə Rusiya nümayəndəsi, baş nazirin keçmiş müavini Arkadi Dvorkoviç seçilib. Onun namizədliyini Moldova Respublikası da dəstəkləyib. Cənab Dvorkoviç də öz tərəfindən, Viorel Boloqanı öz komandasına dəvət edib və ona FİDE-nin icraçı direktoru (CEO) vəzifəsini təklif edib. Bu təyinat Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının noyabrın 8-9-da Londonda keçiriləcək iclasında təsdiq edilməlidir.

Viorel Boloqan İqor Dodona bildirib ki, Moldova Şahmat Federsiyasının prezidenti kimi onu FİDE-nin 1.8 nömrəli zonasının rəhbəri seçiblər. Bu zonaya Azərbaycan, Moldova və Belarus daxildir.

Əslən Kişineudan olan 46 yaşlı Viorel Boloqan 1991-ci ildə qrossmeyster olub, 2001-ci ildə FİDE-nin reytinqində 19-cu yeri tutub.(AZƏRTAC)

AzNews.az