Canluici özünün bu mövsümdəki hədəfindən danışıb. Canluici özünün bu mövsümdəki hədəfindən danışıb.
  • Fanat
  • 23 Oktyabr 2018 21:29
  •  1 017

Buffon Fransa ilə İtaliya çempionatlarını müqayisə etdi

Canluici özünün bu mövsümdəki hədəfindən danışıb.

“PSJ” klubunun qapıçısı Canluici Buffon Fransa çempionatı ilə İtaliyanın “A” seriyasını müqayisə edib, habelə özünün bu mövsümdəki hədəfindən danışıb.

Buffonun fikrincə, 1-ci Liqada daha çox mübarizə müşahidə olunur, amma texniki elementlər də mövcuddur. İtaliyada isə daha çox texnikaya və taktikaya diqqət yetirilir. O deyib: “PSJ” ilə birlikdə Çempionlar Liqasını udmağa ümid bəsləyirəm. Bunun nə demək olduğunu hiss etmək istəyirəm. Mən “Yuventus” ilə birlikdə iki dəfə bu turnirin finalında oynamışam, hər iki dəfə də daha güclü komandalara uduzmuşuq. İtaliyada belə bir deyim var: sonuncu ölən ümiddir”.

Xatırladaq ki, 40 yaşlı Buffon ötən yay azad agent statusunda “PSJ” heyətinə keçib və Paris klubu ilə 2019-cu ilə kimi daha bir il müddətinə uzadılma imkanı olan müqavilə imzalayıb. Qapıçı bu mövsümdə altı matçda oynayıb, qapısından üç top buraxıb.(AZƏRTAC)

AzNews.az