• Fanat
  • 7 Noyabr 2018 17:28
  •  1 373

Ronaldinyonun bank hesabında cəmi altı avro qalıb

Prokurorluq məhz bu qədər məbləğ aşkar edib.

Braziliya yığmasının keçmiş futbolçusu Ronaldinyonun hesabında cəmi 24,63 Braziliya realı, yəni təqribən altı avro qalıb. Qadağan edilmiş zonada anbar və balıqçılıq platformasının qanunsuz tikintisinə görə keçmiş idmançını 2 milyon avro məbləğində cərimələmək qərarına gəlmiş yerli Riu-Qrandi-du-Sul ştatının prokurorluğu məhz bu qədər məbləğ aşkar edib.

Yerli hakimiyyət orqanları faktla əlaqədar idmançının pasportunu müsadirə ediblər.

Prokurorluğun fikrincə, bu məbləğ futbolçunun həyat tərzinə uyğun deyildir. O, son iki həftə ərzində Çində və Yaponiyada olub və reklam öhdəliklərini yerinə yetirib. Bundan əlavə, Avropa və Afrikanın müxtəlif ölkələrinə səfərlər edib və sosial şəbəkələrdəki səhifələrində bu barədə məlumatlar verib.

Prokurorluq hesab edir ki, “Nİke” şirkətinin onun adı ilə buraxdığı ayaqqabı xətti də futbolçuya xeyli gəlir gətirib.

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo futbol karyerasını rəsmən bu ilin yanvar ayında bitirib, hərçənd 2015-ci ildən faktiki olaraq peşəkar futbolda oynamayıb. Onun sonuncu klubu Braziliyanın “Fluminense” klubu olub.

Karyerasının çiçəkləndiyi dövrdə Ronaldinyo etiraf edirmiş ki, yanında heç vaxt pul gəzdirmir, çünki hər şey havayı gəlir. Futbolçu maliyyə məsələləri ilə özü məşğul olmur və buna görə də nə qədər qazandığını dəqiq deyə bilmir.(AZƏRTAC)

AzNews.az